İsmayıllıda ikiaylıq körpənin də öldüyü AĞIR QƏZADA yaralananların durumu açıqlandı - FOTO
İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 20-si saat 12:15-də Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (dörd kişi, üç qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Daxil olarkən pasiyentlərdən altısının vəziyyəti ağır olaraq qiymətləndirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də ölüm faktı qeydə alınıb.
Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
15:08
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Türkanə Sadıqova, 2001-ci il təvəllüdlü İlahə İsmayılova, Məmməd Məmmədov, Faiq İsmayılov və Zahid Nuriyev xəsarət alıblar.
13:51
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin kimliyi bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxs "Hyundai" markalı avtomobildə olan 60 yaşlı Elina Məmmədovadır.
Həlak olan ikiaylıq körpənin oğlan uşağı olduğu bildirilir.
13:45
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən biri ikiaylıq körpədir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, qəzaya düşən avtomobillərdən biri - "Hyundai"ın içərisində olub.
13:03
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 708 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həftə sonunadək hava necə olacaq?
Həftə sonunadək gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir
19 avqustLaçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar
Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlıla
20 avqustAZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verdi
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib. AZAL-a istinadən xəbər verir ki, artıq aviaşirkətə məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür. B
20 avqustKolleclərə qeydiyyat prosesi başlayıb
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyat prosesi başlayıb. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək:. "Müraciət edəcək şəxslərdə
19 avqustZaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib. -a istinadən xəbər verir ki, Zaqatala rayonu ərazisində baş verən qəzada ağır xəsarət alan sərnişin xəstəxanada ölüb. Xatırladaq ki, hadisə avqustun 14-də baş verib. Şəhər sakini, 17 yaşl
19 avqustBakıda uşaq xəstəxanasında antisanitar vəziyyət - Fotolar
Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb. Axşam.az xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial media hesabında paylaşıb. Onun sözlərinə görə, xəstəxananın sanitar qovşağında antisanitar vəziyyət hökm sürür. Jurnalis
20 avqustXƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal
19 avqust