Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA

Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMAAli təhsil müəssisələrinin yüksək nəticə göstərən tələbələr üçün əlavə təqaüd və güzəştlər tətbiq etməsi tələbələrin universitet və ixtisas seçiminə təsir edən amillərdən birinə çevrilir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti öz tələbələrinə həvəsləndirici təqaüdlər verəcək.

Bəs, bu cür güzəşt və təqaüd proqramları tələbələrin yüksək nəticə göstərməsinə və müəyyən ixtisaslara marağın artırılmasına nə dərəcədə təsir edir, belə təşviq mexanizmlərinin digər universitetlərdə də tətbiqi ali təhsildə rəqabət və keyfiyyət baxımından nə qədər məqsədəuyğun olardı?
Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, adətən universitetlər bu cür addımlar atırlar və bunun əsas səbəbi daha çox tələbəni öz universitetlərinə cəlb etməkdir:

"Bu, müxtəlif universitetlər tərəfindən davamlı olaraq həyata keçirilən bir yanaşmadır. Bəzi universitetlər adi təqaüdlər təsis edir, bəziləri isə müəyyən məbləğdə təqaüd müəyyənləşdirirlər. Bu mənada hesab edirəm ki, belə təqaüdlərin olması təqdirəlayiqdir. Bu, universitet seçimində müsbət təsir göstərir və tələbələrin təhsil prosesinə daha çox töhfə verməsi baxımından da önəm daşıyır. Ona görə də hər iki universitetin bu addımı yalnız təqdir olunmalıdır".

Deputat bildirib ki, digər universitetlər də bu istiqamətdə addımlar atmalı, müxtəlif təqaüd proqramları həyata keçirməlidirlər:

"Çünki belə təqaüdlər gənclərin universitetlərə cəlb olunması, onların yaxşı oxuması və düzgün seçim etməsi baxımından çox vacibdir. Ən vacib məsələlərdən biri isə bu cür təşəbbüslərin bütün universitetlər tərəfindən həyata keçirilməsidir. Belə olduğu təqdirdə daha yaxşı və müsbət nəticələr əldə etmək mümkündür. Bu da tələbələrin təhsilə marağının artmasına, daha çox çalışmasına və yaxşı nəticələr əldə etmək üçün səy göstərməsinə töhfə verə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 204   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkim müalicəsindən narazı qaldıqda rəsmi şikayət edə bilərsiniz - AÇIQLAMA

Tibbi müdaxilədən sonra xəstənin səhhətində arzuolunmaz nəticənin yaranması ilə bağlı Ali Məhkəmənin açıqlaması həkim səhvi ilə müalicənin gözlənilən nəticəni verməməsi arasındakı hüquqi fərqi gündəmə gətirir. Tibbi müdaxilənin nəticəsinin mənfi olması öz-özlüyündə həkimin peşə vəzifəsini pozduğunu göstərmir

20 avqust
.

Prezident təqaüdçüləri ailə qurur

2021-ci ildə Prezident təqaüdçüləri olan Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. Bildirilib ki, Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunlar

18 avqust
.

Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlamasına az vaxt qalması ilə məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları və digər zəruri məhsullara tələbat artır. Hazırkı bazar məlumatlarında bəzi məhsullar üzrə qiymətlərin sabit qaldığı, bəzilərində isə ötən illə müqayisədə artım müşahidə olunduğu bildirilir. Bəs, yen

19 avqust
.

Gəncədə zibil poliqonunda döl tapıldı, araşdırma aparılır

Gəncədə yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayıb. Bildirilib ki, 19 avqust 2026-cı il tarixdə Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırm

20 avqust
.

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağl

19 avqust
.

"Kubinka"da sakinlərlə "Vialon" MTK arasında münaqişə yaşanır (VİDEO)

Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, "Kubinka" adlanan ərazidə sakinlərlə "Vialon" MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır. Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanı

20 avqust
.

Naomi Kempbell yenidən Bakıya gələcək

Məşhur model Naomi Kempbell yenidən Azərbaycana səfər edəcək. Axşam.az xəbər verir ki, modelin sentyabrın sonları Bakıda olacağı bildirilib. Qeyd edək ki, Naomi iki il əvvəl də "Formula 1" oyunlarını izləmək üçün şəhərimizə səfər etmişdi. Hazırda model Bodrumda dincəlir

19 avqust
.

İrpenin fəxri vətəndaşlığı - Azərbaycanın güclü diplomatiyasına verilən yüksək qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin uğurlu xarici siyasət kursunun və Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatiyanın mühüm göstəricilərindən biri kimi diqqəti cəlb edir. Bu hadisə, ilk növbədə

19 avqust
.

Balaca Gülərin böyük arzusu gerçəkləşdi: Prezident İlham Əliyevin diqqəti Qarabağda insan amilinin daha bir nümunəsi oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa hər səfəri yalnız dövlət əhəmiyyətli layihələrin icrası, quruculuq işlərinin gedişi və yeni təşəbbüslərlə deyil, həm də bölgəyə qayıdan insanların həyatına, onların arzu və istəklərinə göstərilən xüsusi diqqətlə yadda qalır. Bu baxımdan iyulun 11-də Şuş

19 avqust