Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq

Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaqQlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər.

"Qafqazinfo" xəbər verir ki, "Nature Geoscience" jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasını 10-15 gün gecikdirə, eyni zamanda, fırtınaların gətirdiyi yağıntının intensivliyini 38-45 faiz artıra bilər.

Tədqiqatçılar yüksək dəqiqlikli iqlim modellərindən istifadə edərək yüzlərlə kilometr əraziyə yayılan və saatlarla davam edə bilən "orta miqyaslı konvektiv sistemləri" (MCS) araşdırıblar.

Bu nəhəng fırtına sistemləri tropik bölgələrdə ümumi yağıntının yarıdan çoxunu formalaşdırır və qəfil daşqınların əsas səbəblərindən biri hesab olunur.

Araşdırmanın nəticələri göstərir ki, planet istiləşdikcə atmosferin daha çox enerji toplaması və qlobal hava dövranının yavaşlaması yağış mövsümünün başlanmasını gecikdirə bilər. Lakin gecikmə atmosferdə daha çox enerjinin toplanmasına səbəb olur. Nəticədə fırtınalar başladıqda daha qısa müddətdə daha güclü yağış yağması mümkündür. Alimlər yağıntının intensivliyinin bəzi ssenarilərdə 38-45 faiz arta biləcəyini hesablayıblar.

Yağış mövsümünün vaxtı tropik ölkələrdə əkin və məhsul yığımının planlaşdırılması, su ehtiyatlarının idarə olunması və daşqın risklərinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Yağıntıların daha qısa müddətdə və daha intensiv düşməsi isə qəfil daşqınların riskini artıra bilər. Bu dəyişiklik xüsusilə sıx məskunlaşmış və kənd təsərrüfatından asılı olan ərazilər üçün ciddi nəticələr yarada bilər.

Bildirilir ki, iqlim dəyişikliyinin fırtınaların mövsümi davranışına təsirinin daha yaxşı öyrənilməsi gələcəkdə erkən xəbərdarlıq sistemlərinin, kənd təsərrüfatı planlarının və su idarəçiliyi strategiyalarının yenilənməsi üçün vacibdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1470   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

7 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr