Binasi belə olmayan universitet qəbul rekordu qırdı
Türkiyənin Bitlis Eren Universitetinin bu il ilk dəfə tələbə qəbul edən Tibb fakültəsi YKS imtahanının 2026-cı il yerləşdirmə nəticələrində böyük uğura imza atıb. Hələ öz binası belə olmayan fakültə 515,764 baza balı və 9 min 552-ci uğur sırası ilə tələbə qəbul edərək bölgənin köklü universitetlərini geridə qoyub.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, fakültənin yüksək nəticə göstərməsində iki əsas amilin rol oynadığı bildirilir. Bunlardan biri tələbələrə təqdim edilən aylıq 50 min TL-yə qədər təqaüd, digəri isə ilk üç il təhsilin İstanbul Universitetinin İstanbul Tibb fakültəsində, yəni Çapada keçirilməsidir.
Fakültə tələbələri ilk üç il ərzində təhsillərini Çapada alacaq. Akademik heyət və fiziki infrastruktur tam formalaşdırıldıqdan sonra isə tələbələr dördüncü kursdan etibarən Bitlisə qayıdaraq təhsillərini burada davam etdirəcəklər.
Universitetin açıqladığı təqaüd proqramına əsasən, ilk 15 minlik nəticə ilə fakültəyə qəbul olunan tələbələrə aylıq 50 min TL, 15 mindən sonrakı sıralarda yer alan tələbələrə isə aylıq 30 min TL təqaüd veriləcək.
Təqdim olunan bu imkanlar nəticəsində fakültənin 30 nəfərlik kontingenti ilk seçim mərhələsində tam dolub. Fakültəyə sonuncu qəbul olunan namizədin uğur sırası isə 9 min 632 olub.
Beləliklə, fəaliyyətə başladığı ilk ildə tələbə qəbul edən Bitlis Eren Universitetinin Tibb fakültəsi 10 minlik uğur sırasının daxilindən tələbə qəbul edərək Türkiyənin köklü dövlət universitetləri arasında diqqətçəkən nəticə göstərib. Fakültənin Gaziantep, Fırat və Atatürk universitetlərinin tibb proqramlarını da geridə qoyduğu bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1362 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər insanın dünyada özünə bənzəyən biri varmı? Alimlər açıqladı
"Dünyada hər insanın özünə bənzəyən biri var" fikri geniş yayılsa da, elmi araşdırmalar bunun hər kəs üçün keçərli olduğunu təsdiqləmir. Alimlərin fikrincə, nəticə "bənzər insan" anlayışının hansı meyarlarla müəyyənləşdirilməsindən asılıdır. Məsələn, saç rəngi, üz quruluşu və təbəssü
17 avqustPul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...
Astrologiya və numerologiyada insanın doğulduğu ayın onun xarakterinə, enerjisinə və imkanlardan istifadə tərzinə təsir etdiyi iddia olunur. Bu yanaşmaya görə, hər ay üçün maddi rifaha və yeni fürsətlərə aparan fərqli yol mövcuddur. bu barədə xarici mediaya istinadla ətraflı məlumat verir. Yanvar. Yanvard
20 avqust"Vogue" 2026-cı ilin ən dəbli itini seçdi
ABŞ-nin "Vogue" jurnalı 2026-cı ilin ən dəbli və stilli itini seçib. -ın xəbərinə görə, bu barədə nəşri məlumat yayımlayıb. Məlumata görə, "Dogue" müsabiqəsində minlərlə ev heyvanı sahibi iştirak edib və öz itlərinin şəkillərini göndərib. Münsiflər heyəti təkcə fotoların keyfiyyətin
19 avqustKişi biskvit yeyən arvadını döyüb öldürdü
Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb. Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa
19 avqustSaat icad edilməzdən əvvəl insanlar vaxtı necə ölçürdü?
Bu gün saata və ya telefona baxaraq vaxtı öyrənmək həyatımızın adi hissəsinə çevrilib. Lakin bəşər tarixinin böyük bir hissəsində dəqiq vaxtı müəyyənləşdirmək heç də asan olmayıb. Saatların ixtirasından əvvəl insanlar zamanı ölçmək üçün günəşdən, sudan, yanan mumdan, tütsüdən, hətta qoxulardan istifad
12 avqust"iPhone 18 Pro Max"ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
Gələn ay təqdimatı planlaşdırılan "iPhone 18 Pro Max"ın daha yaxşı kamera sisteminə malik olacağı bildirilir. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "dəyişkən diafraqma" sistemi yalnız "Pro max" üçün nəzərdə tutulacaq. Belə ki, "18 Pro Max"ı
19 avqustDünyanın yarısının danışdığı beş dil
Dünyada milyardlarla insan müxtəlif dillərdə danışır, lakin bəzi dillər həm danışanların sayı, həm də qlobal təsir imkanlarına görə digərlərindən ciddi şəkildə fərqlənir. 2026-cı il üzrə təqdim edilən məlumatlara əsasən, ingilis, Çin, hindi, ispan və ərəb dilləri dünyanın ən geniş yayılan dilləri sırasınd
19 avqust