Restoranda ətin tərkibində at DNT-si AŞKARLANDI: Hansı risklər var?
Bakıda bir ictimai iaşə obyektində satılan farşda at DNT-sinin aşkarlanması ət məhsullarının mənşəyi və istehlakçıya təqdim olunan məhsulun tərkibinin düzgün göstərilməsi məsələsini yenidən gündəmə gətirib.
Bəs, farşda başqa heyvan növünə məxsus DNT-nin aşkarlanması istehlakçı üçün hansı qida təhlükəsizliyi və məhsulun saxtalaşdırılması risklərini göstərir, laboratoriya DNT analizlərinin nəticələri nə dərəcədə etibarlıdır və restoranlarda bu cür halların qarşısının alınması üçün xammalın mənşəyinə, təchizat zəncirinə və laborator nəzarətə hansı tələblər gücləndirilməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, Bakıda bir kababxanada satılan farşda at DNT-sinin aşkarlanması ilk növbədə istehlakçıya təqdim olunan məhsulun tərkibinin düzgünlüyü və qida təhlükəsizliyi baxımından ciddi nəzarət ehtiyacını göstərir.
"Burada məsələ yalnız at ətinin mal əti kimi təqdim edilməsi ehtimalı deyil. Ətin mənşəyinin, baytarlıq nəzarətindən keçib-keçməməsinin və saxlanma şəraitinin məlum olmaması da əlavə risklər yarada bilər. İstehlakçı aldığı məhsulun hansı heyvandan əldə edildiyini və onun təhlükəsizliyinə təminat verilib-verilmədiyini bilməlidir. Ətin növünün müəyyənləşdirilməsində DNT analizi kifayət qədər etibarlı və həssas laboratoriya üsullarından biridir. Bu metod məhsulda müəyyən heyvan növünə məxsus genetik materialın olub-olmadığını aşkar etməyə imkan verir. Xüsusilə farş kimi müxtəlif ətlərin qarışdırıla biləcəyi məhsullarda DNT analizi mühüm nəzarət vasitəsidir. Lakin nəticənin düzgün qiymətləndirilməsi üçün nümunənin düzgün götürülməsi, laboratoriyanın akkreditasiyası və analiz metodunun müvafiq standartlara uyğun aparılması da vacibdir".
Ekspert bildirib ki, belə halların qarşısının alınması üçün restoran və kababxanalarda yalnız sənədləri və mənşəyi məlum olan ət xammalından istifadə edilməli, məhsulların qəbulundan hazırlanmasına qədər izlənəbilənliyi təmin olunmalıdır:
"Müəssisələrdə mütəmadi planlı və riskəsaslı yoxlamalar aparılmalı, şübhəli hallarda laborator müayinələrin, o cümlədən DNT analizlərinin sayı artırılmalıdır. Eyni zamanda, ət tədarükçülərinə nəzarət gücləndirilməli, sənədsiz və mənşəyi məlum olmayan ətin dövriyyəsinə yol verilməməlidir. İstehlakçı baxımından isə əsas məsələ etibarlı və nəzarət olunan iaşə obyektlərinə üstünlük verməkdir. Çünki ətin növünün saxtalaşdırılması yalnız istehlakçının aldadılması deyil, həm də qida təhlükəsizliyi zəncirində nəzarətin zəifləməsinin göstəricisidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ
Balaca Gülərin böyük arzusu gerçəkləşdi - Prezident İlham Əliyevin diqqəti Kiçik Qaladərəsində daha bir unudulmaz hekayə yaratdı
Borc verən şəxs pulunu geri tələb edərkən mesajlaşmalara əsaslana bilərmi? - AÇIQLAMA
Şübhələnən kişi, arvadının xəyanətini görün necə sübut etdi
Dünyanın yarısının danışdığı beş dil
Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü
Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Qalmaqallı kollec direktoru işdən çıxarıldı
Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB
Rusiya özünü hələ də böyük imperiya hesab edir - AÇIQLAMA
İşdən çıxarıldı, ürəyi partlayıb öldü