Rasim Həsənov azadlığa buraxıldı - Baş Prokurorluq protest verəcək
Bakı Hərbi Məhkəməsinin 18 avqust 2026-cı il tarixli hökmü ilə Rasim Əlövsət oğlu Həsənov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edilib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rasim Əlövsət oğlu Həsənovun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7 000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5.000 manata endirilib.
Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcək.
13:22
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub.
Ona 15 min manat cərimə cəzası tətbiq olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ
Balaca Gülərin böyük arzusu gerçəkləşdi - Prezident İlham Əliyevin diqqəti Kiçik Qaladərəsində daha bir unudulmaz hekayə yaratdı
Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADI
Borc verən şəxs pulunu geri tələb edərkən mesajlaşmalara əsaslana bilərmi? - AÇIQLAMA
Şübhələnən kişi, arvadının xəyanətini görün necə sübut etdi
Dünyanın yarısının danışdığı beş dil
Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü
Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Qalmaqallı kollec direktoru işdən çıxarıldı
Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB
Rusiya özünü hələ də böyük imperiya hesab edir - AÇIQLAMA
İşdən çıxarıldı, ürəyi partlayıb öldü