"Qəzadan sonra maşını dərhal boyayıblar" - Ölən futbolçuların ailəsi narazıdır

"Qəzadan sonra maşını dərhal boyayıblar" - Ölən futbolçuların ailəsi narazıdırİyulun 29-da Abşeron rayonu Lökbatan-Qobu yolunda baş vermiş dəhşətli yol qəzasında həlak olan şəxslərin ailələri qəzaya səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsini istəyir.

Mərhum Rauf Hüseynovun "Qafqazinfo"ya müraciət edən həyat yoldaşı Şölə Hüseynova qəza anının videosunun əldə edilməsindən sonra hadisənin "Toyota Carolla" markalı avtomobil tərəfindən törədilməsinin müəyyənləşdiyini deyib.

O bildirib ki, həmin avtomobili Qobu qəsəbəsində yaşayan Bağırov Rəvan Yaşar oğlu idarə edib: "Hadisə günü 41 yaşlı həyat yoldaşım Rauf Hüseynov və avtomobilində olan sərnişini, dostu Bəhruz Sultanov həlak olublar. Biz videoya baxandan sonra məlum oldu ki, onlar öz yolları ilə hərəkət edirmiş. Bu zaman əks istiqamətdən gələn "Toyota Carolla" markalı qara rəngli avtomobil ötmə manevri edib və qarşıdan gələn Raufun avtomobilini arxa hissədən vurub. Nəticədə Raufun maşını idarəetmədən çıxıb və əks tərəfdən öz yolu ilə hərəkət edən "Qazel" markalı yük avtomobili ilə toqquşub. Çox təəssüf ki, dəhşətli hadisəyə səbəb olan, 3 övladımı atasız qoyan, eləcə də subay bir insan olan Bəhruzun ölümünə səbəb olan "Toyota Carolla"nın sürücüsü bu günədək məsuliyyətə cəlb edilməyib və saxlanılmayıb. Hətta hadisəni törədən Rəvan olsa da, onun məsuliyyətini atası Yaşarın öz boynuna götürəcəyi deyilir".

Fotoda: Bəhruz Sultanov və Rauf Hüseynov
"Qəzadan sonra maşını dərhal boyayıblar" - Ölən futbolçuların ailəsi narazıdırŞölə Hüseynova iddia edib ki, qəzaya səbəb olan avtomobilin bir hissəsi hadisədən dərhal sonra boyanıb: "Həmin vaxt qara rəngli avtomobil həyat yoldaşımın maşınının arxa hissəsinə toxunub. Qəzadan dərhal sonra Raufun maşınının arxa buferi yoxa çıxdı, Rəvanın sürdüyü avtomobilin isə bir hissəsi boyanıb. Bunu ekspertiza da asanlıqla müəyyən edə bilər. Onlar Qobu sakinlərində fikir formalaşdırmağa görə tez-tələsik boyatdırdıqları avtomobillə qəsəbə ərazisində bir neçə dəfə dövriyyə vuraraq göstərmək istəyiblər ki, maşında heç bir zədə, qəza izi yoxdur. Biz bu məsələ ilə bağlı dəhşətli hadisəyə səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti qurumlara məktub ünvanlamışıq. Mərhum Bəhruz Sultanovun atası da şikayət məktubları göndərib".
"Qəzadan sonra maşını dərhal boyayıblar" - Ölən futbolçuların ailəsi narazıdırMərhum Rauf Hüseynovun xanımı bildirib ki, geridə qalan müddətdə qəzaya səbəb olan şəxsin özü və yaxınları onlarla əlaqə saxlamayıb, yas məclisində iştirak etməyib: "Onlar heç cür bizimlə əlaqə saxlamadılar, üzrxahlıq etmək, başsağlığı vermək kimi addımlar atmadılar. Bu da həm bizdə, həm də Bəhruzun ailəsində qarşı tərəfin bu boyda faciəyə necə məsuliyyətsizliklə yanaşdığı fikrini yaradır. Bizə gəlib çatan məlumatlara görə, onlar törətdikləri hadisəni ört-basdır etmək, müəyyən yollarla həll etməyə çalışırlar. Amma ortada böyük bir faciə var və bunu gizlətmək mümkün deyil. Biz səbəbkarın məsuliyyətə cəlb edilməsini və ağır cəza almasını tələb edirik".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 29-da saat 12 radələrində Lökbatan-Qobu yolunda baş verib: "Belə ki, Y.Bağırovun idarə etdiyi "Toyota" markalı avtomobilin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması nəticəsində R.Hüseynovun idarə etdiyi eyni markalı avtomobil hərəkət istiqamətini dəyişib və qarşı tərəfdən hərəkətdə olan M.Ağaverdiyevin idarə etdiyi yük avtomobili ilə toqquşub. Nəticədə R.Hüseynov və həmin avtomobildə sərnişin olan B.Sultanov hadisə yerində ölüblər. Yük avtomobilinin sürücüsü M.Ağaverdiyev isə xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Y.Bağırov şübhəli şəxs qismində tutularaq təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbslə bağlı olmayan alternativ qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Zərərçəkmişlərin iddiaları istintaq predmetidir. Bütün təfərrüatlar araşdırılır".

Qeyd edək ki, Raufla Bəhruz "Qobu" futbol klubunun üzvü olub. Onlar birgə futbol oynamaqla yanaşı, məşqçilik də ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 582   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr