"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVABİşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb.

Ölkə.az xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib.
"Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik bizi işlə təmin etməyib", - o söyləyib.

M.Məhərrəmli deyib ki, ona görə də yol kənarında obyekt açıb dolanışıqlarını təmin edirlər:
"Yolun kənarında özümüzə şərait yaratmışdıq ki, dolanaq. İş-güc yoxdur, imkan vermirlər dolanaq".

Ölkə.az məsələ ilə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəliyə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, keçmiş məcburi köçkünlərin işlə təmin olunması dövlətin sosial siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsi insanların dayanıqlı məşğulluğunun təmin edilməsidir:

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Bu çərçivədə keçmiş məcburi köçkünlərin müxtəlif sahələrdə işlə təmin olunması üçün geniş imkanlar yaradılır".

Konkret olaraq Mirsədi Məhərrəmli adlı keçmiş məcburi köçkünə gəlincə, onun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik tərəfindən guya işlə təmin olunmaması ilə bağlı sosial şəbəkələrdə səsləndirdiyi həqiqətə uyğun olmayan iddiaları ilə bağlı bunlar bildirilib:

"Mirsədi Məhərrəmli Ağdərə rayonunun Vəngli kəndində məskunlaşan keçmiş məcburi köçkündür. O, işlə təmin olunub. Avtoyuma və yanındakı kafe müqavilə əsasında həmin sakinə verilib. Həmin şəxs bunlardan əlavə qeyri-qanuni olaraq, özbaşına başqa bir obyekt (yol kənarında attraksion quraşdırıb) də işlədir. Həmin şəxsə bunun qanuna zidd olduğu izah edilib. Amma təəsüf ki, o, buna baxmayaraq ictimaiyyətə səhv məlumat verib. Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan bu cür məlumat yaymaq görülən işlərin obyektiv qiymətləndirilməsinə mənfi təsir göstərir, cəmiyyətdə yanlış fikir formalaşdırır".

Ölkə.az Mirsədi Məhərrəmli ilə imzalanan müqaviləni də əldə edib. Müqavilə 2026-ci il iyulun 21-də onunla "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin İcraçı direktoru Telman Kərimli arasında bağlanılıb.
Sənədə əsasən, M.Məhərrəmliyə Ağdərə rayonu, Vəngli kəndində yerləşən, tikinti altı sahəsi 95.7 kv.m, faydalı sahəsi 67.3 kv.m olan qeyri-yaşayış binası verilib. O, həmin əmlakı qəbul edib və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin etməyi üzərinə öhdəlik kimi götürüb.

Apardığımız araşdırma zamanı o da məlum oldu ki, hər iki obyekt hazırda işləyir.

Fəaliyyətinə qanuni formada icazə verilən və hazırda işləyən avtoyuma məntəqəsi və kafenin fotoları

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVABYolun kənarında yerləşən və Mirsədi Məhərrəmlinin söküldüyünü iddia etdiyi obyekt isə onun qanunsuz olaraq açdığı məkandır.

Həmin məkanın fotoları

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 768   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın G20 Liderlər Sammitinə dəvəti: artan beynəlxalq nüfuzun və geosiyasi rolun göstəricisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin mühüm göstəricilərindən biri kimi qiymətləndiril

19 avqust
.

Astaranın üç kəndində qaz olmayacaq

Astarada üç kənddə qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqət

19 avqust
.

Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADI

Bakıda şəhərsalma və yenidənqurma layihələrinin genişlənməsi fonunda bəzi ərazilərin gələcəkdə söküntü və ya yenidənqurma zonasına düşə biləcəyi ilə bağlı müzakirələr artır. Bakı şəhərinin 2040-cı ilədək Baş Planı nəqliyyat və sosial infrastrukturun inkişafı, ərazilərin yenidən təşkili, abadlaşdırm

19 avqust
.

5 uşaq atası olan 36 yaşlı kişi dənizdə batdı - Yenilənib

Astara rayonunda bir nəfər dənizdə batıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki "Bulvar" ərazisində baş verib. İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir. Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır

20 avqust
.

"İnsan yalnız taleyinin yazıldığı yerdə yaşamır, bəzən həyatın ona yazdığı cümlənin altına öz cümləsini yazır" -FAZİL TURAN

Bu dəfəki mövzumuz xoşbəxtlik və balans ilə bağlıdır. Taleyi dəyişmək mümkündürmü? Çoxumuz xoşbəxtliyi uzaqlarda axtarsaq da , əsil xoşbəxtlik çox vaxt öz daxilimizdəki rahatlıqdan,sevdiklərimizdən və həyatla qurduğumuz balansdan başlayır. Bəs xoşbəxt olmağın əsil sirri nədədir?. Mövzu ilə bağlı -a açıqlam

19 avqust
.

Qalmaqallı kollec direktoru işdən çıxarıldı

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru işdən çıxarılıb. "Qafqazinfo"nun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmrə əsasən, Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib. Kollecin direktor

20 avqust
.

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağl

19 avqust
.

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycanda avqustun 21-də havanın 36 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

20 avqust
.

Prezident İlham Əliyev G20 Zirvəsində: Azərbaycanın Qlobal Gündəliyə Artan Təsiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun mühüm göstəricilərindən biri kimi qiymətləndiril

19 avqust