Laçın günümüz mübarək olsun!

Laçın günümüz mübarək olsun!"Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Bu günlər millətimizin sarsılmaz iradəsini, Vətən sevgisini, mübarizə əzmini və qəhrəmanlıq ruhunu təcəssüm etdirir. Həmin günlərdən biri də 26 avqust - Laçın Şəhəri Günüdür", - bunları Sonxeber.az -a danışan ehtiyatda olan polkovnik, müharibə veteranı Həbib Məmmədov deyib:

"Laçın səfalı yaylaqları, zəngin tarixi, milli-mədəni irsi ilə Azərbaycan xalqının incilərindən biridir. Tarixə nəzər salsaq görərik ki, 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və avantürist idarəçiliyi nəticəsində Azərbaycanın həm dövlət suverenliyi, həm də ərazi bütövlüyü təhlükə altına düşmüşdü. Bu səriştəsiz siyasətin davamı olaraq, əsrlər boyu igidlik dastanları ilə yadda qalan Laçın rayonu 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı. Bu müqəddəs diyarın işğalı isə Azərbaycan üçün təkcə hərbi-siyasi yox, həm də mənəvi və strateji məğlubiyyət idi. Həmin dövrün rəhbərliyi xalqı müdafiəsiz qoyaraq, şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutdular. On minlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü. İşğal dövründə Ermənistan tərəfi də Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul oldu, soyqırımları, bir çox digər hərbi cinayətlər törətdilər. Bütün bunlar isə dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Çox təəssüflər olsun ki, haqdan, ədalətdən danışanlar bütün bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan digər məsələlərdə olduğu kimi, Laçını da işğaldan azad etməklə beynəlxalq hüququ bərpa etdi.
İşğal dövründə laçınlılar heç vaxt doğma yurdlarına qayıtmaq ümidini itirmədilər. Onlar illərlə "bir gün mütləq qayıdacağıq" inamı ilə yaşadılar. Bu ümid Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində reallığa çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata uyğun olaraq, 1 dekabr 2020-ci ildə Laçın rayonu bir güllə atılmadan, bir damla qan tökülmədən işğaldan azad edildi. Bu hadisə Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə parlaq qələbəsinin təzahürü oldu.
İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Bu gün Laçın da daxil olmaqla, işğaldan azad edilmiş digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir. Bütün bunlar dövlətimizin gücünü və xalqımızın gələcəyə inamını nümayiş etdirir.
Bu gün biz şəhidlərimizi sonsuz hörmətlə anır, qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti ilə qürur duyuruq. Hesab edirəm ki, Laçın Şəhəri Günü həm də gələcəyə inamın, milli birliyin, dövlət-xalq həmrəyliyinin təntənəsidir. Laçın günümüz mübarək olsun!"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 154   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük qayıdışın təntənəsi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyn

21 avqust
.

""Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir" - AÇIQLAMA

"1992-ci il mayın 8-də Laçının ermənilər tərəfindən işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı" , - bunu -a danışa

20 avqust
.

İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib

18 avqust
.

Prezident TƏSDİQLƏDİ: Dövlət əmlakını özəllə dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Bununla Azərbaycand

17 avqust
.

Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşib

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Dövlə

14 avqust
.

Dövlətlərarası münasibətlər siyasi əlaqələrin qurulması ilə formalaşır - POLİTOLOQ

Ermənistanın 2026-2031-ci illər üzrə hökumət proqramı layihəsində Azərbaycanla ikitərəfli ticarətin və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının sülhün institusional xarakter almasının tərkib hissəsi kimi göstərilməsi diqqət çəkir. Sənəddə bununla yanaşı, sülh sazişinin imzalanması v

20 avqust
.

Prezident: "Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır"

"İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər

21 avqust
.

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. report-a istinadən xəbər verir ki, tədarükə çəkisi 560ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib

15 avqust
.

Laçın Şəhəri Günü: Tarixi Zəfərin daha bir simvolu!

"Dörd il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlha

21 avqust