""Laçın Şəhəri Günü"ndəki mesajlar ermənilərə xəbərdarlıqdır" - AÇIQLAMA

""Laçın Şəhəri Günü"ndəki mesajlar ermənilərə xəbərdarlıqdır" - AÇIQLAMA"30 il işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq artıq xeyli sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Bütün bu işləri dövlətimiz qısa vaxt ərzində həyata keçirib. Digər işğal altında olan rayonlarımız kimi, ermənilər burada da vandal əməlləri ilə məşğul olub, rayonun təbii resurslarını talan ediblər. Onlar Laçında yaşayış məntəqələrinin coğrafi adlarını dəyişdirməkdən tutmuş, qanunsuz məskunlaşmaya qədər hər cür çirkinliklərə əl atıblar. Bu gün isə mənzərə başqadır, işğalın bütün fəsadları aradan qaldırılır, rayonun əvvəlki görkəmi özünə qaytarılır", - bunları Sonxeber.az -a danışan Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov deyib:

"Ümumiyyətlə, Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti işlərinə dövlətimizin başçısı cənab İlham Əliyev bilavasitə nəzarət edir. Birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə mütəmadi səfərlər edərək görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir.
2023-cü il avqustun 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan əlamətdar oldu, bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, Laçında yerli sakinlərlə görüşüb söhbətləşdilər. Təbii ki, öz yurdlarına dönən laçınlıların üzlərindəki sevinc hissləri hər birimizi fərəhləndirdi, onlar ən böyük arzularına qovuşublar və buna görə də Prezidentə təşəkkürlərini bildirirdilər.
Dövlətimizin başçısı həmin gün həmçinin Laçın şəhərində "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak edib. O, tədbirdəki çıxışında bir daha bəyan etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Məlumdur ki, təcavüzkar planları alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-Azərbaycan təbliğatı aparır, elə güman edir ki, havadarlarının köməyi ilə güya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən "dostlarının" əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Prezidentimiz bu barədə son sözü dedi.
Son illər ərzində Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət bu il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
Bu günə kimi Prezident İlham Əliyev xalqına nə vəd veribsə, onun hamısını yerinə yetirib, əməli ilə sözünü hər zaman təsdiqləyib. Çıxışında dövlətimizin başçısı ad günündə - 50 yaşı tamam olanda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla verdiyi vədi xatırlatdı. Artıq nəticə ortadadır. Öz yurduna qayıdan laçınlılar daha rahat, müasir mənzillərlə təmin edilirlər. Onların Laçında firavan yaşaması üçün hər cür şərait yaradılır. Bütün bu nailiyyətlərin önündə dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 55   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

General oğlu vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Nazirin əmri ilə Qasımzad

18 avqust
.

Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib

Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib. Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Statistik

14 avqust
.

Prezident və xanımı Naxçıvandadır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfərə gediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11 avqust
.

Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşib

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Dövlə

14 avqust
.

"Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu" - AÇIQLAMA

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2023-cü il avqustun 26-da Laçın və Kəlbəcər rayonlarına səfərləri maraqlı məqamlarla yadda qaldı. Bizə dost və düşmən münasibət bəsləyən qüvvələr azad olunmuş ərazilərimizdən verilən mesajlardan xəbərdar oldular, özlərinə pay götürdülər. Təbi

20 avqust
.

"Laçın həsrətinə son qoyulub" - AÇIQLAMA

"1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcəd

20 avqust
.

Azərbaycan-Ukrayna münasibətləri köklü dövlətlərarası münasibətlərə malikdir

Azərbaycan Prezidentinin Ukraynanın İrpen şəhərinin "fəxri vətəndaşı" elan edilməsi iki ölkə arasında humanitar və siyasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərən simvolik addımlardan biri kimi qiymətləndirilir. İrpen şəhər şurası bu qərarı Azərbaycanın müharibənin ilk günlərində

17 avqust
.

III Dünya müharibəsi başlayır? - POLİTOLOQDAN AÇIQLAMA

Dünyanın müxtəlif bölgələrində eyni vaxtda davam edən müharibələr və böyük dövlətlər arasında artan qarşıdurma yeni dünya müharibəsi ehtimalı ilə bağlı narahatlıqları gücləndirib. Hazırda Yaxın Şərqdə ABŞ-İran müharibəsinin davam etməsi, Rusiya-Ukrayna cəbhəsində gərginliyin yüksəlməsi, NATO-nun şər

14 avqust
.

Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin gücləndirilməsinin davam etdirilməsi vacibdir. xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. "Nəqliyyat infrastrukturu sahəsində əlaqələr də daxil olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələri

13 avqust