Xəzər dənizi sahilində 1500 il əvvələ aid qızıl ayaqqabı tapıldı
Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Mangışlaq yarımadasında arxeoloqlar dünya elmi üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntıya imza atıblar.
BAKU.WS xəbər verir ki, Aktau şəhəri yaxınlığındakı Karakabaq nekropolunda aparılan qazıntılar zamanı təxminən 1500 il əvvəl (V-VI əsrlər) dəfn edilmiş gənc və varlı qadına aid məzar aşkarlanıb.
Hamını heyran qoyan əsas detal isə qadının geyimi və qızıl ayaqqabısı olub.
Ayaqqabı gündəlik istifadə üçün yox dəfn mərasimi üçün hazırlanıb.
Ayaqqabı və kəmərlərdəki toqqaların gündəlik istifadəyə uyğun olmaması, bu dəbdəbəli geyimlərin qadının sağlığında geyindiyi əşyalar olmadığını göstərib. Bütün bu bəzək və aksesuarların yalnız dəfn mərasimi üçün xüsusi olaraq istehsal edildiyi qiymətləndirilir.
Arxeoloqların araşdırmalarına görə, ayaqqabılara tamamilə qızıldan hazırlanmış görünüşü verildiyi müəyyən edilib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1131 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
16 noyabrDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabr