"Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu" - AÇIQLAMA

"Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu" - AÇIQLAMAPrezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2023-cü il avqustun 26-da Laçın və Kəlbəcər rayonlarına səfərləri maraqlı məqamlarla yadda qaldı. Bizə dost və düşmən münasibət bəsləyən qüvvələr azad olunmuş ərazilərimizdən verilən mesajlardan xəbərdar oldular, özlərinə pay götürdülər. Təbii ki, bu səfərlərin ən böyük təsiri Böyük Qayıdış prosesinədir. Biz artıq görürük ki, insanlarımız necə böyük həvəslə, sevinclə öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir. Deməli, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Prezidentin Sərəncamına əsasən, Laçın və Kəlbəcər rayonları yenidən qurulur, orada böyük sənaye müəssisələri, turizm və kənd təsərrüfatı obyektləri, hotel və mehmanxanalar, məktəb və xəstəxanalar inşa edilir. Bu, bütövlükdə dövlətimizin iqtisadi gücünün göstəricisidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Rayonlarımızın yenidən qurulması, keçmiş köçkünlərin oraya yerləşdirilməsi planlı şəkildə həyata keçirilir. Qırx dörd günlük Vətən müharibəsindən sonra özlərini siyasətçi, ekspert adlandıran bəziləri deyirdilər ki, buraxın insanları gedib dədə-baba yurdlarında özlərinə istədikləri kimi ev tiksinlər, orada yaşasınlar. Müharibədən sonra həmin ərazilərdə partlayan, zərərsizləşdirilən minalar bu çıxışların nə qədər məsuliyyətsiz yanaşma olduğunu göstərir. Ona görə də Böyük Qayıdış prosesi düşünülmüş şəkildə, planla həyata keçirilir.
Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtması üçün sürətli işlərin aparılacağını bildirmişdi. İndi orada fasiləsiz şəkildə tikinti-quruculuq işləri aparılır. O ərazilər böyük bir tikinti meydançasını xatırladır. Hər kəs böyük həvəs və məsuliyyətlə iş görür. İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün lazımlı addımlar atılır. Dövlətimizin başçısı 2011-ci ilin dekabrın 24-də özünün 50 illik yubileyində Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Öz ad gününü Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə qeyd edən Azərbaycan Prezidenti Laçın rayonundan olan məcburi köçkün ailələri üçün salınan yeni yaşayış qəsəbəsinin açılışını etdi və orada bildirdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün öz dədə-baba yurdlarında gözəl evlər tikiləcək. Doqquz il sonra Prezident İlham Əliyev xalqa verdiyi sözü reallığa çevirdi. Mədəniyyətimizin paytaxtı olan Şuşada bu gün Azərbaycan bayrağı dalğalanır.
2023-cü il avqustun 26-da Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq möhtəşəm idi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən dövlətimizin başçısının bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi heyrətamiz idi. Prezidentin Laçına bu səfəri zamanı sakinlər qarşısında çıxışı, verdiyi siyasi mesajlar mühüm əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən aparılan kampaniya, çirkin təbliğat bizi haqq yolumuzdan döndərə bilməz.
Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyyətindədir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, oraların gülüstana çevrilməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları bir daha düşündürməlidir. Biz xarabalığa çevrilmiş ərazilərə həyat bəxş edirik, orada yaşıllıq salırıq, gözəllik yaradırıq.
Son illər ərzində Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət 2026-cı il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
Prezident İlham Əliyevin Laçına səfərləri Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin növbəti nümayişi kimi də yadda qalıb. Eyni zamanda, biz ora qayıdış edən sakinlərin üzlərində olan sevinci, dövlətimizin başçısına və birinci xanıma olan sevgini bir daha görmüş olduq. İnsanlarda gələcəyə inam və öz liderinə güvən var idi.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 51   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust
.

Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbiri

"Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçiliyinin arxasında Ümummilli Liderimiz Heydər Əliyevin layiqli varisi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı Möhtərəm Prezidentimiz İlham Əliyev durur. Prezident İlham Əliyev yeni əsrin yeni lider

20 avqust
.

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. report-a istinadən xəbər verir ki, tədarükə çəkisi 560ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib

15 avqust
.

İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib

18 avqust
.

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi

Tarixdə elə şəhərlər var ki, onların adı təkcə bütöv bir xalqın iradəsini, mübarizəsini və qələbəsini ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. 26 Avqust - Laçın Şəhəri Günü Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin bərpasının, Böyük Qayıdışın və qurucu dövlət siyasətinin rəmzinə çevrilib

20 avqust
.

Prezident və xanımı Naxçıvandadır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfərə gediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11 avqust
.

"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEV

"ABŞ və Cənubi Koreyanın avqustun 17-dən 27-dək keçirəcəyi birgə hərbi təlimləri, eyni zamanda Şimali Koreyanın Yaponiya və ABŞ-Cənubi Koreya hərbi əməkdaşlığına qarşı sərt ritorikası Şərqi Asiyada təhlükəsizlik mənzərəsini yenidən gündəmə gətirib. Üstəlik, Pxenyanın təlimlər ərəfəsində ballisti

13 avqust
.

İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrində

12 avqust
.

"Laçın özünün yeni dövrünə qədəm qoyub" - AÇIQLAMA

"1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1 şəhər, 1 qəsəbə və 125 kəndi olan və böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələr

20 avqust