Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsiTarixdə elə şəhərlər var ki, onların adı təkcə bütöv bir xalqın iradəsini, mübarizəsini və qələbəsini ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. 26 Avqust - Laçın Şəhəri Günü Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin bərpasının, Böyük Qayıdışın və qurucu dövlət siyasətinin rəmzinə çevrilib.
1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycanın müasir tarixinin ən ağır faciələrindən biri oldu. Şuşadan sonra Laçının da düşmən nəzarətinə keçməsi Ermənistanla Qarabağ arasında quru dəhlizinin yaradılmasına səbəb oldu və sonrakı faciələrin başlanğıc nöqtəsinə çevrildi. İşğal dövründə yüzlərlə insan həlak oldu və itkin düşdü, on minlərlə laçınlı doğma yurdundan didərgin salındı, yüzlərlə məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, tarixi abidə dağıdıldı, təbii sərvətlər talan edildi.
Lakin tarix göstərdi ki, heç bir işğal əbədi olmur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Azərbaycanın Dövlət Bayrağı yenidən Laçın səmasında dalğalandı və tarixi ədalət bərpa olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə avqustunun 26-nın Laçın Şəhəri Günü elan edilməsi də məhz bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsi olub.
Prezident İlham Əliyevin Laçına münasibəti sadəcə dövlət başçısının bölgəyə diqqəti deyil, milli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dövlətimizin başçısı Laçının gələcəyi barədə danışarkən bu sözləri söyləyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun". Bu fikir artıq sadəcə vəd deyil, reallıqdır. Çünki Laçın bu gün dünyanın ən sürətlə bərpa olunan şəhərlərindəndir".
Prezident azad olunmuş Laçına dəfələrlə səfər edib və hər səfər yeni layihələrin, yeni müəssisələrin, yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi ilə yadda qalıb. 2021-ci ildə Güləbird Su Elektrik Stansiyasının açılışı, Laçın Beynəlxalq Hava Limanının təməlqoyması, 2022-ci ildə Azərbaycan Bayrağının Laçında ucaldılması, 2023-cü ildə Böyük Qayıdışın başlanması, məktəbin, "Həkəri Balıq Təsərrüfatı"nın, sənaye müəssisələrinin açılışı, Zabux sakinləri ilə görüşlər, 2024-cü ildə Sus kəndinin istifadəyə verilməsi və yeni su elektrik stansiyalarının açılışı, 2025-ci ildə Bəylik kəndinin açılışı, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, "Laçın" İstirahət Kompleksinin, tikiş və ayaqqabı fabriklərinin fəaliyyətə başlaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirilən tarixi Zirvə görüşü, 2026-cı ildə isə "Həkəriçay" su anbarının təməlqoyması və yeni su elektrik stansiyalarının açılışı göstərir ki, Laçın yalnız bərpa edilmir, gələcəyin inkişaf mərkəzinə çevrilir.
Bu gün Laçın yaşıl enerji bölgəsinə çevrilməkdədir. Rayonun elektrik tələbatı bərpaolunan enerji hesabına ödənilir. Laçının nəqliyyat infrastrukturu da tamamilə yenilənir. Kəlbəcər-Laçın avtomobil yolu, çoxsaylı tunellər və körpülər regionun iqtisadi inteqrasiyasını sürətləndirir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın mühəndislik imkanlarının və strateji baxışının növbəti təntənəsidir.
Laçın, eyni zamanda, iqtisadi inkişafın yeni ünvanına çevrilir. Aqro-Sənaye Parkında onlarla müəssisə yaradılır, mebel, ayaqqabı, tikiş fabrikləri fəaliyyətə başlayır, modul ev istehsalı, heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf etdirilir. "Hoçazfilm" studiyası Qarabağın audiovizual salnaməsini yaradır
Minlərlə keçmiş məcburi köçkün Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə qayıdaraq doğma yurdlarında yaşayır. Bu gün Laçın Azərbaycanın qüdrətini, dövlətimizin siyasi iradəsini, xalqımızın yenilməz ruhunu və gələcəyə inamını simvolizə edir. 26 Avqust - Laçın Şəhəri Günü də məhz bu həqiqətin təntənəsidir. Bu gün hər bir azərbaycanlı üçün Laçın təkcə azad edilmiş şəhər deyil, Zəfərin necə inkişafa, inkişafın isə milli qürura çevrildiyinin ən parlaq nümunəsidir. Bu salnamənin müəllifi isə güclü dövlət iradəsi, uzaqgörən siyasət və xalqın sarsılmaz birliyidir.

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 40   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Laçın özünün yeni dövrünə qədəm qoyub" - AÇIQLAMA

"1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1 şəhər, 1 qəsəbə və 125 kəndi olan və böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələr

20 avqust
.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust
.

Ələt və Türkmənbaşı limanları yük axınına nəzarətdə əməkdaşlığı gücləndirir

Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) beynəlxalq dəniz limanlarında dəniz daşımaları sahəsində məlumat mübadiləsi üzrə birgə praktiki təlim keçirilib. "Report" Türkmənistanın Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, məqsəd yük axınlarına nəzarətin səmərəliliyinin artırılmas

14 avqust
.

"Dövlət auditi" informasiya sistemi yaradıldı

Prezident İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. Nazirlə

14 avqust
.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

Rusiya özünü hələ də böyük imperiya hesab edir - AÇIQLAMA

Rusiyanın bəzi media resurslarında Azərbaycanla bağlı təhqiramiz və təhdid xarakterli ifadələrin yayılması iki ölkə arasındakı informasiya münasibətləri baxımından müzakirələri davam etdirir. Azərbaycan Mətbuat Şurası da bu cür materialları sivil jurnalistika prinsiplərinə və etik normalara zidd hesa

19 avqust
.

"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEV

"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə imzalanan birgə müdafiə sazişinə yalnız üç ölkə arasındakı hərbi əməkdaşlıq sənədi kimi yanaşmaq düzgün olmazdı. Bu saziş regionda İran-ABŞ qarşıdurmasının yaratdığı yeni təhlükəsizlik reallığının nəticəsidir. Məsələnin ən mühüm tərəfi onda

11 avqust
.

Naxçıvanda binalar belə görünəcək - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olublar. "Qafqazinfo"nun məlumatına görə, Baş Plan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafın

12 avqust
.

Laçına köç davam edir

2023-cü il avqustun 26-da Laçında Şəhər Günü böyük coşqu ilə qeyd olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram tədbirində iştirak etməsi xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış edərək "Laçın Şəhəri Günü" münasibətil

20 avqust