Ələt və Türkmənbaşı limanları yük axınına nəzarətdə əməkdaşlığı gücləndirir
Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) beynəlxalq dəniz limanlarında dəniz daşımaları sahəsində məlumat mübadiləsi üzrə birgə praktiki təlim keçirilib.
"Report" Türkmənistanın Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, məqsəd yük axınlarına nəzarətin səmərəliliyinin artırılması və region ölkələrinin liman xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi olub.
Təlimdə Türkmənistan, Azərbaycan, Qazaxıstan və Tacikistanın liman nəzarəti qrupları iştirak ediblər.
Tədbir çərçivəsində Xəzər dənizində beynəlxalq yük dövriyyəsinin inkişafına, malların qanunsuz dövriyyəsinə qarşı mübarizəyə və bununla bağlı risklərin azaldılmasına xüsusi diqqət yetirilib. Mütəxəssislərin peşəkar bacarıqlarının, operativ məlumat mübadiləsinin və Türkmənbaşı və Ələt beynəlxalq dəniz limanları arasında birbaşa qarşılıqlı əlaqənin təkmilləşdirilməsi də prioritet olub.
İştirakçılar praktiki təcrübə mübadiləsi aparıb və mal-müşayiət sənədlərinin təhlili, eləcə də yük və nəqliyyat vasitələrinə gömrük baxışının keçirilməsi vərdişlərini təkmilləşdiriblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 187 Tarix: 14 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceyhun Bayramov Kiyevdə
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb
6 avqustAzərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d'İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, müvafiq təbrik Azərbaycan XIN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. "Müstəqillik Günü münasibətilə Kot-d'İvuar Respublikasını
7 avqustİlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR
İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Xəzər Nadir oğl
7 avqustABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin
12 avqustAzərbaycan 2 ölkə ilə maliyyə sektorunda əməkdaşlıq edə bilər
Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını
7 avqust