"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEV

"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEV"ABŞ və Cənubi Koreyanın avqustun 17-dən 27-dək keçirəcəyi birgə hərbi təlimləri, eyni zamanda Şimali Koreyanın Yaponiya və ABŞ-Cənubi Koreya hərbi əməkdaşlığına qarşı sərt ritorikası Şərqi Asiyada təhlükəsizlik mənzərəsini yenidən gündəmə gətirib. Üstəlik, Pxenyanın təlimlər ərəfəsində ballistik raket sınağı keçirməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Reuters-in məlumatına görə, bu, Şimali Koreyanın 2026-cı ildə həyata keçirdiyi 11-ci ehtimal olunan raket sınağıdır.

Burada əsas məsələ ondan ibarətdir ki, Koreya yarımadasında artıq klassik "silahlanma yarışı"ndan daha mürəkkəb bir mərhələyə keçid müşahidə olunur. ABŞ Cənubi Koreyanın təhlükəsizliyini təmin etmək üçün hərbi mövcudluğunu və birgə müdafiə qabiliyyətlərini gücləndirir. Yaponiya isə Şimali Koreyanın raket və nüvə imkanlarını əsas gətirərək öz müdafiə və zərbə potensialını artırır. Pxenyan isə bütün bunları öz təhlükəsizliyinə qarşı hazırlanmış hərbi mühasirə kimi təqdim edir.

Beləliklə, bir tərəfin müdafiə məqsədi ilə atdığı addım digər tərəfdə hücum hazırlığı kimi qəbul edilir. Təhlükəli olan da məhz budur. Çünki beynəlxalq münasibətlərdə münaqişələr çox zaman yalnız tərəflərin müharibə istəməsi səbəbindən deyil, qarşı tərəfin niyyətlərinin yanlış qiymətləndirilməsi nəticəsində də yaranır." Bu mövzuda Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Şimali Koreyanın Yaponiyanın hərbi imkanlarının genişləndirilməsinə qarşı "əlavə hərbi tədbirlər" barədə xəbərdarlığı da bu baxımdan ciddi siqnaldır. Pxenyanın məqsədi böyük ehtimalla birbaşa müharibəyə başlamaqdan daha çox çəkindirmə, siyasi təzyiq və özünün hərbi imkanlarını nümayiş etdirməkdir. Lakin raket sınaqları, hərbi təlimlər və qarşılıqlı sərt bəyanatlar artdıqca qəza və ya yanlış hesablamanın böyük böhrana çevrilməsi ehtimalı da yüksəlir.

"Hesab edirəm ki, hazırkı mərhələdə "yeni müharibə başlayacaq" demək tezdir. Lakin müharibə riskinin əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və təhlükəli xarakter aldığını söyləmək mümkündür. Xüsusilə, ABŞ-Cənubi Koreya təlimləri ilə Şimali Koreyanın raket sınaqlarının üst-üstə düşməsi qarşılıqlı hərbi siqnalların sərtləşdiyini göstərir.
Burada başqa bir mühüm məqam da var: söhbət artıq yalnız Şimali və Cənubi Koreyadan getmir. ABŞ, Yaponiya və Cənubi Koreyanın təhlükəsizlik əməkdaşlığı genişləndikcə,

Şimali Koreya özünü daha çoxregional təhlükəsizlik arxitekturasının qarşı tərəfində görür. ABŞ-ın Yaponiyadakı hərbi imkanlarının genişləndirilməsinin Koreya yarımadasında toqquşma riskini artırdığı barədə Pxenyanın əvvəlki xəbərdarlıqları da məhz bu narahatlığı əks etdirir.

Ona görə də bu gün əsas məsələ kimin daha çox silaha malik olması deyil. Əsas məsələ tərəflərin bu silahları hansı siyasi məqsədlə nümayiş etdirməsidir. Əgər hərbi təlimlər çəkindirmə vasitəsi olaraq qalacaqsa, gərginlik idarə oluna bilər. Amma təlimlərə cavab olaraq yeni raket sınaqları, raketlərin daha təhlükəli trayektoriyalarda buraxılması və hərbi qüvvələrin döyüş hazırlığının artırılması baş verərsə, vəziyyət sürətlə nəzarətdən çıxa bilər.

Şərqi Asiyada bu gün müşahidə etdiyimiz proses əslində dünyanın müxtəlif bölgələrində formalaşan yeni təhlükəsizlik reallığının bir hissəsidir. Belə görünür ki, tərəflər müharibə istəmədiklərini deyirlər, amma müharibəyə hazırlaşırmış kimi silahlanırlar. Ən böyük təhlükə də məhz budur.

Ona görə Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır. Çünki nüvə silahlarının mövcud olduğu bir regionda kiçik insident belə böyük geosiyasi böhrana çevrilə bilər.

Bu baxımdan, qarşıdakı avqustun 17-27-si tarixləri xüsusilə diqqətlə izlənilməlidir. Təlimlərin özündən daha çox, Pxenyanın buna verəcəyi cavab və Vaşinqton-Seul-Tokio üçbucağının həmin cavaba necə reaksiya göstərəcəyi Şərqi Asiyanın gələcək təhlükəsizlik mənzərəsini müəyyənləşdirə bilər." - deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 154   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Müharibənin indiki mərhələsində hava hücumundan müdafiə sistemləri Ukraynanın ən vacib ehtiyaclarından biridir" - BƏHRUZ QULİYEV

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrinin ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrin yaşandığı barədə açıqlaması müharibənin yeni mərhələsinin nə qədər həssas olduğunu göstərir. Bu bəyanat təkcə hərbi çatışmazlıqdan deyil, həm də Qərbi

6 avqust
.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa

11 avqust
.

İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik

11 avqust
.

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlarla:. - Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasını

10 avqust
.

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir:. "Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkü

10 avqust
.

Litvanın Baş naziri İlham Əliyevə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qaynarinfo xəbər verir ki, telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib

10 avqust
.

ABŞ-Çin münasibətlərində yeni mərhələ: Dünyanı nə gözləyir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ ilə Çin arasında münasibətlər son illərdə təkcə iki ölkənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Ticarət müharibələri, texnologiya sahəsində rəqabət, Tayvan ətrafında artan gərginlik və qlobal təsir uğrunda mübarizə Vaşinqton-Pekin xəttini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib

5 avqust
.

"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEV

"ABŞ və Cənubi Koreyanın avqustun 17-dən 27-dək keçirəcəyi birgə hərbi təlimləri, eyni zamanda Şimali Koreyanın Yaponiya və ABŞ-Cənubi Koreya hərbi əməkdaşlığına qarşı sərt ritorikası Şərqi Asiyada təhlükəsizlik mənzərəsini yenidən gündəmə gətirib. Üstəlik, Pxenyanın təlimlər ərəfəsində ballisti

13 avqust