"Müharibənin indiki mərhələsində hava hücumundan müdafiə sistemləri Ukraynanın ən vacib ehtiyaclarından biridir" - BƏHRUZ QULİYEV
"Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrinin ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrin yaşandığı barədə açıqlaması müharibənin yeni mərhələsinin nə qədər həssas olduğunu göstərir. Bu bəyanat təkcə hərbi çatışmazlıqdan deyil, həm də Qərbin Ukraynaya dəstəyinin davamlılığı ilə bağlı yaranan suallardan xəbər verir.
Müharibənin indiki mərhələsində hava hücumundan müdafiə sistemləri Ukraynanın ən vacib ehtiyaclarından biridir. Rusiya son aylarda ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından daha intensiv istifadə edir. Belə bir şəraitdə hava hücumundan müdafiə vasitələrinin vaxtında çatdırılmaması Ukraynanın enerji infrastrukturu, hərbi obyektləri və mülki yaşayış məntəqələri üçün ciddi risklər yaradır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, digər tərəfdən, bu açıqlama Qərb daxilində də müəyyən fikir ayrılıqlarının və resurs məhdudiyyətlərinin mövcudluğunu göstərir. ABŞ və Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirsələr də, silah istehsalının tempi, ehtiyatların azalması və siyasi qərarların qəbulunda yaranan gecikmələr Kiyevin döyüş meydanındakı imkanlarına birbaşa təsir edir. Zelenski də məhz bu məqamı diqqətə çatdıraraq müttəfiqlərinə daha operativ davranmaq çağırışı edir.
Bu vəziyyətdən ən çox faydalanmağa çalışan tərəf isə Rusiyadır. Moskva Qərbdə yaranan hər bir tərəddüdü və ya gecikməni öz hərbi strategiyasının üstünlüyünə çevirməyə çalışır. Əgər Ukraynanın hava hücumundan müdafiə imkanlarında boşluqlar yaranarsa, Rusiya raket və dron hücumlarını daha da intensivləşdirə bilər.
"Bütün bunlar onu göstərir ki, Ukrayna müharibəsinin taleyi təkcə cəbhə xəttində deyil, həm də Qərbin siyasi iradəsi, hərbi sənaye potensialı və qəbul etdiyi qərarların operativ icrasında müəyyən olunur. Əgər silah tədarükündəki gecikmələr davam edərsə, yaxın aylarda Ukraynanın hava məkanının müdafiəsi daha mürəkkəb vəziyyətlə üzləşə bilər. Bu isə münaqişənin gedişinə və gələcək danışıqların şərtlərinə təsir göstərə biləcək mühüm amillərdən biri olacaq." - deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ