Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH
"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayrı dövlətlər olaraq təhlükəsizliklə bağlı məsələlərin öhdəsindən gəlməkdə çətinlik çəkə bilərik".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O, bildirib ki, qloballaşan dünyada ayrı-ayrı dövlətlərin öz maraq və mənafelərini qoruması, ümumiyyətlə, təhlükəsizlik məsələlərini təkbaşına həll etməsi getdikcə çətinləşir:
"Hətta dünyanın ən böyük dövlətləri belə təhlükəsizlik məsələlərində kiçik dövlətlərlə əməkdaşlığa ehtiyac duyurlar. Bu baxımdan, Türk Dövlətləri Təşkilatına üzv ölkələr də bir-biri ilə əl-ələ verərək təhlükəsizlik məsələlərində ortaq mövqe və fəaliyyət ortaya qoymalıdırlar. Prezident İlham Əliyevin bu məsələyə diqqət çəkməsi də təsadüfi deyil. O, strateji və uzaqgörən yanaşma ilə bu məsələlərin üzərində dayanır. Bu gün vəziyyət bizə rahat və sakit görünə bilər, amma gələcəkdə bunun belə davam edəcəyinə heç bir təminat yoxdur. Gələcəkdə arzuolunmaz vəziyyətlərlə üzləşməmək üçün Azərbaycan da, digər türk dövlətləri də təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 126 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur
2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində
17 sentyabrÖlkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir
30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild
16 sentyabrPrezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu görüşü
16 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrAzərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı
16 sentyabr