Prezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Prezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladıPrezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu görüşün TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü və Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın keçirildiyi mühüm tarixi-siyasi mərhələyə təsadüf etməsi olduqca vacibdir. Belə ki, konfrans yalnız görkəmli Azərbaycan mütəfəkkirinin irsinin öyrənilməsi baxımından deyil, həm də Türk dünyası, İslam aləmi və Qafqaz arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin nümayəndə heyətinin qəbulu zamanı səsləndirdiyi fikirlər isə Azərbaycanın tarixə, milli-mənəvi irsə, Türk dünyasına, Qafqaza və regional sülhə münasibətinin bütöv konsepsiyasını ortaya qoyub. Dövlətimizin başçısı çıxışında Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin xüsusi vurğulanması təsadüfi deyil. Çünki Azərbaycan tarixinin ən mühüm xüsusiyyətlərindən biri onun yalnız milli deyil, eyni zamanda ümumbəşəri mədəniyyətə mühüm töhfələr verməsidir.
Azərbaycan xalqının yetişdirdiyi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlər əsrlər boyu yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq və İslam dünyasının elmi, fəlsəfi, ədəbi və mənəvi düşüncəsinin inkişafına təsir göstəriblər. Bu böyük şəxsiyyətlərin irsi zaman və coğrafiya sərhədlərini aşaraq dünya mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Məhz bu baxımdan Şeyx Seyid Yəhya Bakuvi irsinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfransın Bakıda keçirilməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Bakuvi yalnız Azərbaycan tarixinin böyük mütəfəkkiri deyil, Türk-İslam düşüncə məkanında mühüm iz qoyan şəxsiyyətdir. Onun irsində mənəvi kamillik, insan həmrəyliyi, mötədillik, elm və dialoq kimi dəyərlərin mühüm yer tutması müasir dövrün çağırışları ilə də səsləşir.
Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim edilməsidir. Bu yanaşma Azərbaycanın geosiyasi və tarixi mövqeyinin düzgün anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bir tərəfdən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlərlə bağlı olduğu Türk dünyasının fəal üzvüdür, digər tərəfdən isə Qafqazın mərkəzində yerləşən və bu regionun siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik proseslərinə birbaşa təsir göstərən dövlətdir. Ölkəmizin bu iki mühüm coğrafi və sivilizasiya məkanının kəsişməsində yerləşməsi ona xüsusi strateji üstünlüklər verir. Bakı həm Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən siyasi və nəqliyyat platformalarından biri, həm də Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində mühüm mərkəzdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixən Türk dünyası ilə Qafqaz arasında sıx əlaqələr mövcud olub. Azərbaycanın qədim dövlətçilik tarixi, Qafqaz Albaniyası irsi, Atabəylər dövlətinin Naxçıvanla bağlı tarixi, Azərbaycan ərazisinin müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olması bu coğrafiyanın tarixi bütövlüyünü göstərir. Bu baxımdan Azərbaycanın Türk dünyası və Qafqaz arasında əlaqələndirici rolunun gücləndirilməsi müasir dövrün mühüm siyasi reallıqlarından biridir.
Azərbaycanın sülh prosesini dəstəkləməsi, Ermənistanla uzunmüddətli sülhün təmin olunmasına olan istəyi, lakin Azərbaycan xalqına qarşı törədilən faciələri və vəhşilikləri heç vaxt unutmayacağı Prezident İlham Əliyevin çıxışının ən mühüm siyasi mesajlarından biri olub. Dövlətimizin başçısının çıxışı Azərbaycanın yalnız bugünkü siyasi mövqeyini deyil, həm də gələcəyə dair strateji baxışını nümayiş etdirib. Belə ki, Azərbaycan sülh istəyir, regionda sabitliyin təmin olunmasını dəstəkləyir və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasında maraqlıdır. Lakin bütün bunlarla yanaşı, Azərbaycan öz tarixini, şəhidlərini, Xocalı qurbanlarını, dağıdılmış şəhər və kəndlərini, məhv edilmiş mədəni-dini irsini heç vaxt unutmayacaq. Bu təbii ki, ziddiyyət deyil. Əksinə, güclü dövlət siyasətinin iki mühüm prinsipinin, sülhə sadiqliyin və milli yaddaşa bağlılığın vəhdətidir. Azərbaycanın mesajı aydındır. Gələcəyə sülhlə baxmaq mümkündür, lakin gələcəyi qurmaq üçün keçmişin dərslərini unutmaq olmaz.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 125   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Azərbaycan Prezidenti: "Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq"

"Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçılar

15 sentyabr
.

Prezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu görüşü

16 sentyabr
.

"Səmərəli müzakirələri yüksək qiymətləndirirəm"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X" sosia

16 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi

16 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr