Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirirSon illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasının 7-ci toplantısının və dahi mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda keçirilməsi bu strateji kursun məntiqi davamıdır. Prezident İlham Əliyevin bu mötəbər tədbirlərin iştirakçılarını - Türk və Müsəlman aləminin dini liderlərini, tanınmış mütəfəkkirlərini və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini qəbul edərkən proqram xarakterli çıxışı bir daha göstərdi ki, Bakı təkcə siyasi və iqtisadi deyil, həm də mənəvi həmrəyliyin əsas platformasıdır.
Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz, strateji tərkib hissəsidir. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Türk dünyası, Qafqaz regionu və İslam aləmi bir yerdə olduqda, bu sarsılmaz birliyə heç bir xarici qüvvə bata bilməz, heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Bu baxımdan, ölkəmiz İslam həmrəyliyini sadəcə bəyanatlarla deyil, konkret əməli-praktiki addımlarla möhkəmləndirir. İƏT və ICESCO xətti ilə keçirilən saysız-hesabsız tədbirlər, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları və qarşıdan gələn İƏT Zirvə Görüşü Azərbaycanın İslam aləmini vahid bir ailə kimi birləşdirmək iradəsini parlaq şəkildə nümayiş etdirir. Lakin bu birliyin və gücün arxasında Azərbaycan xalqının üzləşdiyi ağır tarixi sınaqlar və böyük Zəfər dayanır. 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında qalıb, xalqımıza qarşı etnik təmizləmə aparılıb və Xocalı soyqırımı kimi qanlı hərbi cinayətlər törədilib. İşğal olunmuş Qarabağda və Şərqi Zəngəzurda şəhərlərimiz, kəndlərimiz yerlə-yeksan edilib, milli sərvətlərimiz talan olunub. Ən ağrılısı isə 65 məscidimizin Ermənistan dövlət siyasəti səviyyəsində tamamilə dağıdılması, təhqir edilməsi, məscidlərdə bilərəkdən heyvanların saxlanılması idi. Bu vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün İslam aləminə, müsəlmanların dini hisslərinə qarşı yönəlmiş açıq təhqir idi. Biz bu tarixi həqiqətləri heç vaxt unutmamalıyıq və unutmayacağıq.
Dünya birliyi və beynəlxalq təşkilatlar isə bu 30 illik ədalətsizliyə bilərəkdən göz yumub. BMT Təhlükəsizlik Şurasının qətnamələri kənarda qalmış, ATƏT-in Minsk qrupu işğalı əbədiləşdirməyə çalışmış, Avropa Şurası və Avropa Parlamenti faktiki olaraq işğalçını mükafatlandırıb. Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadığı halda, Azərbaycan 2023-cü ilin sentyabrında öz suverenliyini tam bərpa etdikdən cəmi dörd ay sonra Avropa Şurasının ölkəmizə qarşı sanksiya qoyması Qərbin ikili standartlarının və dərinləşən islamofobiyanın əsl simasını göstərdi. Dövlətimizin başçısının da ifadə etdiyi kimi, Avropa Parlamenti rüşvətxorlar yuvasına çevrilib və bu gün Azərbaycana qarşı aparılan çirkin qarayaxma kampaniyaları müstəqil, baş əyməyən siyasətimizi həzm edə bilməməyin təzahürüdür.
Bütün bu təzyiqlərə və ikili standartlara baxmayaraq, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz qanı və hərbi gücü hesabına ədaləti bərpa etdi, separatçılığın kökünü kəsdi və XX-XXI əsrlər tarixində nadir rast gəlinən bir presedent yaratdı. Bu gün separatçı rəhbərlər, hərbi cinayətkarlar Azərbaycan həbsxanalarında öz layiq olduqları cəzanı çəkirlər. Ən mühüm məqam isə odur ki, İkinci Qarabağ müharibəsində tam və mütləq qələbə qazanmasına, istənilən şərti diktə etmək gücündə olmasına baxmayaraq, Azərbaycan qisasçılıq deyil, regionda davamlı sabitliyi təmin edən müdrik sülh gündəliyini seçib. Mülki əhaliyə qarşı heç vaxt müharibə aparmayan xalqımız intiqamını yalnız döyüş meydanında alıb. Dövlətimizin sülh namınə atdığı bu cəsarətli və uzaqgörən addımlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Prezident İlham Əliyevə təqdim edilən mötəbər "Zayed İnsan Qardaşlığı Mükafatı" və Əbu-Dabidə keçirilən təntənəli mərasim Azərbaycanın sülh gündəliyini praktiki müstəvi dəstəkləyən mühüm tarixi hadisə olub.
Bütün bunlar bir daha göstərir ki, mövcud qlobal xaotik proseslər fonunda müstəqilliyimizin, suverenliyimizin və sülh şəraitində yaşamağımızın yeganə zəmanəti sarsılmaz xalq iradəsi, hərbi güc, milli-mənəvi dəyərlərə sadiqlik və Türk-İslam dünyasının sıx həmrəyliyidir. Bakıdan ucalan bu qlobal mesaj təkcə regionumuzun deyil, bütün Müsəlman aləminin təhlükəsiz və ədalətli gələcəyinin yol xəritəsidir.

Ələddin Bəşirov - tarixçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 77   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X"

16 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Qafqaz Albaniyasına məxsus irsi tanıtmaq Azərbaycanın haqqıdır - AÇIQLAMA

"Bu gün Qarabağda Qafqaz Albaniyasına məxsus alban-xristian kilsələri ictimaiyyətə təqdim olunur. Hesab edirəm ki, bunun Azərbaycanın maddi-mədəni irsinə aid olması həm ictimaiyyətə, həm də ermənilərə bəllidir. Bu irsi tanıtmaq Azərbaycanın haqqıdır". Bunu -a açıqlamasında politoloq Samir Hümbəto

16 sentyabr
.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16 sentyabr