Qafqaz Albaniyasına məxsus irsi tanıtmaq Azərbaycanın haqqıdır - AÇIQLAMA
"Bu gün Qarabağda Qafqaz Albaniyasına məxsus alban-xristian kilsələri ictimaiyyətə təqdim olunur. Hesab edirəm ki, bunun Azərbaycanın maddi-mədəni irsinə aid olması həm ictimaiyyətə, həm də ermənilərə bəllidir. Bu irsi tanıtmaq Azərbaycanın haqqıdır".
Bunu Sonxeber.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
O, bildirib ki, işğal dövründə uzun illər ərzində ermənilər bu abidələri öz adlarına çıxmağa çalışıb, onları qondarma "Artsax"ın əsas dini simvolları səviyyəsinə gətirməyə cəhd göstəriblər:
"Bu baxımdan, onların hərəkətləri təxribat xarakterli olub. Əslində, məsələ yalnız Ermənistan-Azərbaycan arasında informasiya müharibəsi kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda tarixi ədalətin təmin olunması məsələsidir. Ona görə də Qafqaz Albaniyasına məxsus olan və Qarabağda, eləcə də digər ərazilərdə yerləşən tarixi abidələrin Azərbaycanın maddi-mədəni irsinə və mədəni irsinə aid olması tanıdılmalıdır. Bu irsin təqdim edilməsi təkcə Ermənistanla informasiya mübarizəsi baxımından deyil, ümumilikdə Azərbaycanın tarixi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Bəyin atası da idarə rəisi işləyib - Foto
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
Sabah bu ərazilərdə qaz olmayacaq
"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA