"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)
Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən "Ulubəy" MTK şirkətinin inşa etdiyi "Yeni Şəhər" yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olduğunu bildirirlər.
Qaynarinfo xəbər verir ki, "Qafqazinfo"ya kollektiv şəkildə müraciət edən sakinlərin sözlərinə görə, uzun illərdir bu kompleksdə içməli su, səs-küy, parkinq və digər problemlər qalmaqdadır. Onlar yaşayış kompleksinin həyətinin hasarlandığını və orada "Ulubəy" MTK-nın rəhbəri tərəfindən bağ evi tikdirildiyini iddia ediblər.
"Uzun illərdir yaşadığımız binada müxtəlif problemlərlə üzləşirik. Əvvəllər dəfələrlə binanın örtük daşlarının qoparaq tökülməsi hadisəsi baş verib, bununla yanaşı, buradakı evlərə su həftədə 3 dəfə verilir. Həmçinin su anbarının içi lil-qum örtüyü ilə, tarakanlarla dolub. Dəfələrlə "Ulubəy" MTK-nın rəhbərliyinə bu problemləri həll etməsini bildirsək də, heç bir tədbir görülmür", - sakinlər vurğulayıb.
Vətəndaşların müraciətində qeyd edilib ki, yaşayış kompleksində fəaliyyət göstərən "Mavi dəniz" restoranı onlara əlavə problemlər yaradır: "Binanın birinci mərtəbəsində yerləşən restoranın havalandırma sistemindən qalxan xoşagəlməz qoxu bizi boğaza yığıb. Eyni zamanda obyektdən yayılan səs-küy də evlərində istirahət etmək istəyən yüzlərlə insanın dincliyini pozur. Bundan başqa, restorana gəlib-gedənlər parkinq ərazimizi də tutublar. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etdik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək yoxlamalar aparıb ölçümlər etdilər və bunun nəticəsində restoranın rəhbərliyi barəsində inzibati protokol tərtib olundu. Lakin eyni problemlər yenə də hər gün təkrarlanır".
Şikayətçilər bildiriblər ki, kompleksdə ev alarkən onlara həyətdə uşaq meydançasının - istirahət zonasının yaradılacağı deyilib: "Lakin sonradan məlum oldu ki, kompleksi inşa edən "Bəy Mamed" adı ilə tanınan iş adamı Məmməd İsmayılovun fikri başqadır. O, layihədə uşaq meydançası kimi nəzərdə tutulmuş ərazidə özünə villa tikdirir. Biz bu məsələ ilə bağlı da aidiyyəti dövlət təşkilatlarına müraciət etmişik və pozulan hüquqlarımızın bərpa edilməsini, binalarda yaşayış üçün normal, sivil şəraitin yaradılmasını tələb edirik. Burada əsas problem "Bəy Mamed"in özbaşınalığıdır. Nə deyiriksə, bizə hədə-qorxu gəlir, təhdid edir, halbuki haqlı tərəf sakinlərdir. Zirzəmi su ilə doludur, restorana gəlib-gedən qonaqlar narahat edir, restoranın ərazisini genişləndirib terras açıb, o da bizim məhəllənin girişini daraldıb, şlaqbaum qoymayıb. Həmçinin layihədə olan uşaq meydançası əvəzinə özünə bağ tikib, layihədə lift olmalı idi, qoyulmayıb. Bir sözlə, problemlər və özbaşınalıqlar saydıqca bitmir".
Sakinlər məsələ ilə bağlı digər aidiyyəti qurumlara da müraciət etdiklərini əlavə ediblər.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Dəhşətli bir qış gəlir - Havalar...
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
Bəyin atası da idarə rəisi işləyib - Foto
Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ