"Ramiz Mehdiyev işi"ndə yeni adlar: Şahid qismində kimlər dindirilib?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.
Sonxeber.az Gününsesi.info-ya istinadla xəbər verir ki, ötən gün Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat verilmişdi.
Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və "Bakı Steel Company" zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindiriliblər.
Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.
Bu işlə bağlı daha bir diqqətçəkən məqam isə "Ramiz Mehdiyev işi" çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.
Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir.
İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin R.Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 138 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanın ifşası və tarixi reallıqlar
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri beynəlxalq birliyin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanımasının növbəti əyani sübutudur. Lakin bu səfərlərin Ermənistan cəmiyyətində v
15 sentyabrƏziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
Kimya üzrə Nobel mükafatı laureatı, həkim, akademik Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Məktubda Əziz Səncər "Şöhrət" ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindiric
15 sentyabr"Hikmət Hacıyevin Xankəndi səfərinin ayrıca siyasi çəkisi var" - AÇIQLAMA
"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərləri fonunda yanaşmaq daha doğru olar. Çünki burada söhbət yalnız ayrı-ayrı səfərlərdən deyil, Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxal
11 sentyabrPrezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm
10 sentyabrAzərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi
"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"
10 sentyabr