Ermənistanın ifşası və tarixi reallıqlar
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri beynəlxalq birliyin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanımasının növbəti əyani sübutudur. Lakin bu səfərlərin Ermənistan cəmiyyətində və siyasi dairələrində doğurduğu isterik reaksiya təəssüf doğurmaqla yanaşı, rəsmi İrəvanın əsl niyyətini bir daha üzə çıxarır. Xarici diplomatların Azərbaycanın suveren ərazisindəki hərəkətini linç etməyə cəhd göstərmək rəsmi İrəvanın ölkəmizin daxili işlərinə kobud müdaxiləsidir.
Təhlillər göstərir ki, anti-Azərbaycan kampaniyası təkcə radikal müxalifətin işi deyil. Bu prosesin arxasında birbaşa Ermənistan hakimiyyətinin özü dayanır. Yayılan nifrət nitqi və təhrif olunmuş yazılar məhz hakim partiyaya yaxın media resurslarında işıqlandırılır. Parlamentin sədr müavini Ruben Rubinyanın yolverilməz açıqlamaları, eləcə də 14 sentyabr tarixində parlamentdə 2022-ci ilin sentyabr təxribatlarında həlak olmuş Ermənistan hərbçilərinin sükutla yad edilməsi daxili auditoriyada revanşizm əhval-ruhiyyəsini alovlandırmağa xidmət edir. 2023-cü ilin sentyabr əməliyyatlarından sonra sülhə məcbur edilən Paşinyan hakimiyyəti də bu cür dirijorluq edilən aksiyalarla sülh prosesini qəsdən ləngitməyə çalışır.
Ermənistan tərəfinin mədəni irs mövzusundakı yanaşması isə tamamilə rasist və destruktiv xarakter daşıyır. Belə ki Gəncəsər və Xudavəng kimi albaniya mənşəli abidələri mənimsəməyə çalışan İrəvan, bu torpaqlarda Qafqaz Albaniyasının mövcudluğunu inkar etməklə elmi həqiqətə və irqçiliyə dözümsüzlük nümayiş etdirir. Unudurlar ki, Azərbaycan ərazisindəki bütün tarixi abidələr dövlətimizə məxsusdur və mühafizə olunur. Ermənistan cəmiyyəti və rəhbərliyi anlamalıdır ki, daxili auditoriyaya hesablanmış revanşist ritorika və tarixi saxtalaşdırmaq cəhdləri regionda dayanıqlı sülhün bərqərar olunmasına mane ola bilməz. Azərbaycan öz suveren ərazilərində istənilən quruculuq və diplomatik tədbiri həyata keçirmək hüququna malikdir.
Türkan Cümşüdova - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 117 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşələrin Qarabağ ilə Şərqi Zəngəzura növbəti iki günlük səfəri başa çatıb. Azad edilmiş ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, sosial-iqtisadi inkişa
15 sentyabrQarabağa səfərlərin təşkili mühüm əhəmiyyət daşıyır - AÇIQLAMA
"Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri Qarabağda əldə olunmuş Zəfərdən sonra görülən işlərin beynəlxalq ictimaiyyətə və dünyaya təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Çünki səfər edən şəxslər - səfirlər, diplomatik korpus nümayəndələri və beynəlxalq təşkilatların təmsilçilər
14 sentyabrDövlətçiliyə, hüquqa və milli suverenliyə verilən dəyər
Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsa
14 sentyabrŞahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni
11 sentyabrErmənistanda böyük narahatlığa səbəb olan səfər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir. Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərd
15 sentyabrPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində
15 sentyabrPrezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm
10 sentyabr