Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri ikitərəfli əhəmiyyət daşıyan bir addımdır
"Azad olunmuş ərazilərimizdə görülən işlərin beynəlxalq nümayəndəliklərə təqdimatı artıq yaxşı bir ənənəyə çevrilib. Qarabağda görülən işlərin həm ölkə ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə təqdim olunması müsbət nəticələr verir. Xüsusilə beynəlxalq nümayəndəliklərin, diplomatik korpusun təmsilçilərinin görülən işlərlə yerində tanış olması həm onların özləri, həm də Azərbaycan üçün əhəmiyyətlidir".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
O, bildirib ki, burada aparılan bərpa işləri və yaradılan infrastruktur Azərbaycanın gücünü və niyyətini nümayiş etdirir:
"Gücümüz ondan ibarətdir ki, qısa müddət ərzində burada böyük işlər görülür. Niyyət isə erməni işğalının 30 il ərzində Azərbaycana vurduğu zərəri əyani şəkildə nümayiş etdirməkdir. Çünki qısa müddətdə tamamilə dağıdılmış bu ərazilərdə mühüm infrastrukturlar yaradılırsa, bu, işğal olmasaydı, həmin ərazilərin indikindən daha yüksək səviyyədə inkişaf etmiş və təminatlı ola biləcəyini göstərir. Təəssüf ki, işğal Azərbaycanın həm 30 ilini geri saldı, həm də əlavə vəsaitlərin xərclənməsini zərurətə çevirdi. Digər tərəfdən, Azərbaycanın burada gördüyü işlər işğaldan azad olunmuş ərazilərin ölkəyə nə qədər sürətlə inteqrasiya olunduğunu da nümayiş etdirir. Xarici nümayəndələr və diplomatik korpusun təmsilçiləri üçün məsələnin maraqlı tərəflərindən biri görülən işlərin nə dərəcədə səmərəli, təhlükəsiz və perspektivli olmasıdır. Onlar müəyyən sahələr üzrə mütəxəssis olduqları üçün Azərbaycanın gördüyü işlərlə yaxından tanış olduqca həm bu işlərin mahiyyətini daha yaxşı anlayır, həm də Azərbaycan dövlətinin imkanları ilə tanış olurlar".
Ekspert bildirib ki, eyni zamanda, xarici diplomatik korpus təmsilçilərinin bu ərazilərdə olması onlar üçün də əhəmiyyətlidir:
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı quruculuq və bərpa işləri, eləcə də bu ərazilərlə bağlı həyata keçirdiyi siyasətlə xarici nümayəndəliklər nə qədər yaxından tanış olsalar, bunun onlar üçün də faydası var. Çünki xarici nümayəndəliklər Azərbaycanın bu sahədəki siyasəti ilə tanış olduqca Azərbaycanla bağlı öz siyasətlərini daha əhatəli və dərindən qurmaq imkanı əldə edirlər. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma və infrastrukturun yaradılması prosesində hər bir ölkənin təmsilçisi gələcəkdə öz ölkəsinin də bu işlərdə iştirakı üçün imkanlar axtara bilər. Hazırda bu prosesdə iştirak edən ölkələr isə özlərinin iştirakını daha da gücləndirmək və şaxələndirmək barədə düşünə bilərlər".
Onun sözlərinə görə, xarici diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərlə tanışlığı ikitərəfli əhəmiyyət daşıyan və müsbət nəticələr verən bir addımdır. Bu, həm həmin ölkələrin özləri, həm də Azərbaycan üçün əhəmiyyətlidir.
[b]Röyalə Xəyal[/b]
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bəyin atası da idarə rəisi işləyib - Foto
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
"Yeraltı"nın yayım tarixi bəlli oldu
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sabah bu ərazilərdə qaz olmayacaq
Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur