İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərdi
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.
Qaynarinfo xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.
Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.
Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 96 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA
"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat
1 sentyabrƏziz Səncər "Şöhrət" ordeni ilə təltif edildi - SƏRƏNCAM
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub
7 sentyabrAzərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN
"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənə
2 sentyabr"Bişkek sammiti: Azərbaycanın fəal diplomatiyasının növbəti ünvanı" - DEPUTAT
"İlham Əliyevin ŞƏT Zirvə toplantısında iştirakı ölkəmiz üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun daha bir göstəricis
2 sentyabr18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib. İsveçin SVT telekanalına istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyy
7 sentyabr