Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı

Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandıYaxın günlərdə Yer kürəsində geomaqnit aktivliyin artacağı və zəif, eləcə də orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir.

Qaynarinfo xəbər verir ki, Britaniya Geoloji Xidməti sentyabrın 5-6-da Günəşdə baş verən bir neçə tac kütləsi atılmasının yaxın günlərdə Yerə təsir göstərə biləcəyini açıqlayıb.

Proqnoza görə, sentyabrın 8-də G1 səviyyəli zəif maqnit qasırğası ehtimal olunur. Buna Günəş küləyinin kiçik tac dəliyindən yüksək sürətlə axması, eləcə də iki plazma atılmasının Yerə qismən təsir göstərməsi səbəb ola bilər.

Sentyabrın 9-u isə geomaqnit aktivliyin ən yüksək həddə çatacağı gün kimi qiymətləndirilir. Sentyabrın 6-da baş vermiş daha bir tac kütləsi atılmasının həmin gün Yerə çatacağı və nəticədə G2 səviyyəli, yəni orta güclü maqnit qasırğasının yaranacağı gözlənilir.

Sentyabrın 10-dan etibarən geomaqnit aktivliyin tədricən azalacağı bildirilir. Bununla belə, bəzi dövrlərdə G1 səviyyəli qasırğaların davam etməsi mümkündür.

G2 səviyyəli maqnit qasırğası orta güclü hesab olunur. Belə hallar zamanı peyklərin fəaliyyəti, radio rabitəsi və naviqasiya sistemlərində müəyyən problemlər yarana bilər. Həmçinin qütb parıltılarının daha cənub ərazilərdən müşahidə olunması mümkündür.

Mütəxəssislərin məlumatına görə, G2 səviyyəli maqnit qasırğası insanların böyük əksəriyyəti üçün ciddi təhlükə yaratmır. Lakin hava dəyişikliklərinə həssas insanlar baş ağrısı, yorğunluq və yuxu pozuntusu kimi hallar hiss edə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 115   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib

Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsind

6 sentyabr
.

Alimlər Nuhun gəmisinin sirrini açmağa daha yaxındırlar

Tədqiqatçılar Türkiyədə Nuhun gəmisinin sirrini açmaq üçün daha bir addım atıblar. xəbər verir ki, bunu arxeoloq Endryu Cons "İzvestiya"ya verdiyi müsahibədə bildirib. Ark axtarış sahəsindəki son tapıntılar, mənşəyi hələ də məlum olmayan bir gəmiyə bənzər bir əşya aşkar etdi. Cons qeyd edi

8 sentyabr
.

Rusiya Kiyevə raket zərbəsi endirib, iki nəfər ölüb

Rusiya ordusu Kiyevə ballistik raketlər və hücum dronları ilə hücum edib. xəbər verir ki, bunu Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, atəş nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Solomenski rayonundakı zərbə beşmərtəbəli və üçmərtəbəli yaşayış binalarına ziyan vurub

8 sentyabr
.

Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq

Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. "Report" xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayını

6 sentyabr
.

Nyu-Delhidə bina çöküb, ölənlər var

Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu

7 sentyabr
.

ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

İranın "M/T Kylo" neft tankeri ABŞ-ın ötən gün endirdiyi raket zərbəsindən sonra Oman körfəzində batıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "ABŞ hərbçilərinin dəqiqliyi və peşəkarlığı sayəsind

6 sentyabr
.

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə ticarət qadağası elan edəcək

Böyük Britaniya Qərb Şəriyəsindəki İsrail yaşayış məntəqələrinə iqtisadi məhdudiyyətlər tətbiq etmək niyyətindədir. xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib. Qəzetin məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband İsrail yaşayış məntəqələrində istehsa

8 sentyabr
.

Mayamidə yük təyyarəsinin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub

Mayami Beynəlxalq Hava Limanında Amazon şirkətinə məxsus Boeing 767 təyyarəsinin uçuş-enmə zolağından çıxaraq alovlanması nəticəsində beş nəfər həlak olub. xəbər verir ki, hazırda daha beş nəfərin yaralandığı da təsdiqlənib. "Hadisə yerinə gələn yanğınsöndürənlər təyyarənin tamamilə alov içind

7 sentyabr
.

Co Baydenin oğlu ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşula bilər

ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden ölkənin ali dövlət postu uğrunda mübarizəyə qoşula biləcəyini istisna etməyib. "New York Post" nəşrinə istinadən xəbər verir ki, o, radiojurnalist Con Katsimatidisə müsahibəsində asılılıqdan əziyyət çəkən insanların maraqlarını təmsi

6 sentyabr