Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur.

Bəs, Ermənistan məhsullarının Azərbaycana idxalının genişlənməsi daxili bazarda qiymətlərə və rəqabətə necə təsir göstərə bilər? İdxalın həcmi artarsa, bu, eyni məhsulların qiymətlərinin azalmasına səbəb ola bilərmi, yoxsa təsir məhdud qalacaq?
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, idiki halda Ermənistandan idxalın Azərbaycan bazarına təsiri əhəmiyyətsiz olacaq. Çünki hazırda hansı məhsulların və hansı həcmdə idxal edildiyi açıqlanmır.

"Ermənistandan idxal məhdud həcmdə olduğu üçün bunun bazara ciddi təsir göstərəcəyi gözlənilmir. Gələcəkdə isə iki ölkə arasında ticarət əlaqələri, idxal-ixrac əməliyyatları genişlənərsə, bunun daxili bazarda qiymətlərə müəyyən təsirləri ola bilər. İxrac olunan məhsulların həcminin artması daxili bazarda qiymətlərə artırıcı, idxalın genişlənməsi isə müəyyən hallarda azaldıcı təsir göstərə bilər. Xüsusilə bazar tərəfindən qiyməti formalaşan və dövlət tərəfindən tənzimlənməyən məhsulların böyük həcmdə ixracı həmin məhsulların daxili bazardakı qiymətinin artmasına səbəb ola bilər".

Ekspert bildirib ki, müəyyən məhsulların kifayət qədər böyük həcmdə idxal olunması bazarda təklifin artmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər:

"Lakin bunun baş verməsi üçün idxal və ya ixracın kifayət qədər böyük həcmdə olması lazımdır. Yalnız o halda bazarda yaranan bolluq və ya məhsul çatışmazlığı qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4223   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki, gümü

24 oktyabr
.

Azərbaycanda yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında 1698,8 min ton süd, 1810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Agentliyi məlumat yayıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 1,2 faiz artıb, yun istehsal

21 oktyabr
.

Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri sentyabrda 31 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57,4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. Təkcə sentyabrda isə b

16 oktyabr
.

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə -a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 40 % çoxdur

8 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr
.

Naxçıvanda vergi daxilolmaları 10 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 210,7 milyon manat vergi daxil olub. quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,1 % çoxdur. Ötən 9 ayda muxtar respublikada qeyri-dövlə

8 oktyabr
.

Qızılın qiymətində yeni göstəricilər

Mərkəzi Bank (ARMB) 8 oktyabr 2026-cı il tarixinə olan rəsmi valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 029.6700 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 226.01 manat təşkil edib. Qiymətlər əyyarlara görə dəyişir. Belə ki, təmiz qızıl (9

8 oktyabr
.

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 870 manat təşkil edib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Xatırladaq ki,

13 oktyabr
.

Ölkə bazarında qızılın son qiymətləri açıqlandı

Ölkə bazarında 2026-cı il 21 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bu günə olan göstəricilərə əsasən, qızılın bir unsiyası 7044.50 manat, 1 qramı isə 226.49 manat təşkil edir. Müxtəlif əyyarlı qızıl növlərinin 1 qramının qiyməti təmiz qızıl (99 əyyar

21 oktyabr