Başqasının uğuruna sevinə bilməmək paxıllıqdan qaynaqlanır, yoxsa insanın özünü dəyərsiz hiss etməsindən? - AÇIQLAMA
İnsan bəzən başqasının uğurunu gördükdə sevinc əvəzinə içində narahatlıq, qıcıq və ya narazılıq hiss edə bilər.
Xüsusilə də qarşı tərəfin əldə etdiyi nəticə insanın öz həyatı ilə bağlı çatışmazlıqları xatırladırsa, bu hiss daha da güclənir.
Bəs başqasının uğuruna sevinə bilməmək həmişə paxıllıqdan qaynaqlanır, yoxsa insanın özünü dəyərsiz və geridə hiss etməsi də bu reaksiyanın səbəbi ola bilər?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Başqasının uğuruna sevinə bilməmək avtomatik olaraq paxıllıq kimi qiymətləndirilməməlidir. Bu hissin arxasında insanın özünü başqaları ilə müqayisə etməsi, özünəinamının aşağı olması, uğursuzluq qorxusu və kifayət qədər dəyərli olmadığına dair düşüncələr dayana bilər. Xüsusilə insan qarşı tərəfin nailiyyətini öz həyatındakı çatışmazlıqların göstəricisi kimi qəbul edirsə, həmin uğur onda narahatlıq və narazılıq yarada bilər.
Mütəxəssisin sözlərinə görə, bəzi insanlar başqasının uğurunu gördükdə "o bacardı, mən isə bacarmadım" düşüncəsinə qapılırlar. Bu zaman diqqət qarşı tərəfin nailiyyətindən daha çox insanın özünü necə qiymətləndirməsinə yönəlir. Yəni problem bəzən başqasının uğurunda deyil, şəxsin özünə verdiyi dəyərdə olur.
Eyni zamanda, uşaqlıqdan davamlı müqayisə edilən, "filankəs səndən yaxşıdır" kimi ifadələrlə böyüyən insanlarda sonrakı dövrlərdə də müqayisə etmə meyli güclü ola bilər. Belə insanlar başqasının nailiyyətini özləri üçün təhlükə və ya məğlubiyyət kimi qəbul edə bilərlər.
Bu hissin yaranması insanı avtomatik olaraq "pis" və ya "paxıl" etmir. Əsas məsələ həmin emosiyanın fərqinə varmaq və onun səbəbini anlamaqdır. İnsan özündə bu reaksiyanı müşahidə etdikdə "Mən niyə onun uğuruna sevinə bilmirəm?", "Bu uğur məndə hansı hissi yaradır?" kimi suallar üzərində düşünə bilər. Əgər bu müqayisə və narazılıq davamlı xarakter daşıyırsa və insanın münasibətlərinə, özünəinamına və gündəlik həyatına təsir edirsə, psixoloji dəstək faydalı ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 465 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilat
1 sentyabrPrezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin növbəti Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpotek
7 sentyabrPrezident bu ölkələrə yeni səfirlər təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı
4 sentyabrHəkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs
2 sentyabrAzərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımında
1 sentyabr"Bişkek sammiti: Azərbaycanın fəal diplomatiyasının növbəti ünvanı" - DEPUTAT
"İlham Əliyevin ŞƏT Zirvə toplantısında iştirakı ölkəmiz üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun daha bir göstəricis
2 sentyabr