Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO
Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 8-də saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərdab rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Biri azyaşlı olmaqla, üç nəfər (bir qadın, iki kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti ağır qiymətləndirilən 1997-ci il (qadın) və vəziyyəti stabil qiymətləndirilən 1988-ci il təvəllüdlü (kişi) pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2020-ci il təvəllüdlü pasiyent isə (kişi cinsli) Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən beş nəfərin (iki kişi, üç qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
09:55
Zərdabda beş nəfərin həyatını itirdiyi və bir şəxsin xəsarət aldığı ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 8-də saat 23:00-da Yarməmmədbağı kəndinin ərazisində baş verib.
Elyar Məhəmmədovun idarə etdiyi KIA markalı, 77-BF-554 dövlət nömrə nişanlı minik avtomobili Vicay Ağayevin idarə etdiyi "Lovol" markalı 63-TG-062 dövlət nömrə nişanlı traktorla toqquşub. Nəticədə avtomobildə yanğın baş verib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.
"Zərdab-Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində beş nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırır ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıq əksetdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir.
Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər.
Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır", - müraciətdə deyilir.
06:25
Zərdabda baş verən avtoqəzada ölənlərin adları məlum olub.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
01:10
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"
İlham Mirzəyevin vəziyyəti ağırdır
"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı
"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Generala ağır itki
Şəxsin telefon nömrəsini icazəsiz şəkildə paylaşmaq hüquqi məsuliyyət yaradırmı? - AÇIQLAMA