Azərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımından böyük əhəmiyyət daşıyan məkandan gedir. Azərbaycan üçün bu platformanın bir sıra üstünlükləri var. İlk növbədə, Azərbaycan özü ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir. Ölkənin coğrafi baxımdan nisbətən yığcam olmasına baxmayaraq, inteqrasiya və regional bağlantı sahəsində həyata keçirdiyi layihələr strateji əhəmiyyət daşıyır".
Bunu Sonxeber.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
O, bildirib ki, bu baxımdan Naxçıvanın nəqliyyat imkanlarının genişlənməsini xüsusi qeyd etmək olar:
"Naxçıvanın Ermənistan tərəfindən tətbiq olunan blokadadan çıxması ilə bağlı yeni imkanlar yaranır. İran ərazisindən Naxçıvana dəmir yolu bağlantısının yaradılması da bu prosesin mühüm istiqamətlərindən biridir. Nəticədə Naxçıvanın mühüm nəqliyyat və logistika qovşağına çevrilmək potensialı artır. Azərbaycanın özü də Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində resursların, insanların, yüklərin və kapitalların hərəkəti üçün mühüm imkanlar yaradır. Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı yerləşən eksklav olması isə onun ayrıca regional logistika mərkəzinə çevrilməsi üçün əlavə potensial formalaşdırır. Bu, həm Azərbaycanın ümumi iqtisadi imkanlarını artıracaq, həm də Naxçıvanın iqtisadi inkişafına yeni nəfəs verə bilər".
Politoloq bildirib ki, Azərbaycanın yaratdığı nəqliyyat və logistika imkanları təkcə ölkəmiz üçün deyil, qonşu və digər dövlətlər üçün də əlverişli şərait yaradır:
"Söhbət tranzit daşımalarından, nəqliyyat bağlantılarından və ticarət marşrutlarından gedir. Orta Dəhlizin formalaşmasında Azərbaycanın yaratdığı imkanlar da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan regional inteqrasiyaya maneə yaradan deyil, əksinə, çevik keçid və bağlantı imkanları formalaşdıran ölkə kimi çıxış edir. Bu səbəbdən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Azərbaycanla dialoqu genişləndirməyə marağı artır. Müasir dövrdə qarşıdurma meyllərini gücləndirməkdənsə, inteqrasiyaya və əməkdaşlığa üstünlük vermək daha məqsədəuyğundur. Belə platformalar həm də dağıdıcı meyllərin qarşısının alınması və əməkdaşlıq üçün yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir. ŞƏT-in əsas istiqamətlərindən biri dialoqdur. Burada həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müzakirələr və fikir mübadilələri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər də bunun göstəricisidir".
Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüklərindən biri ikitərəfli münasibətləri inkişaf etdirmək və müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq bacarığıdır:
"Azərbaycan bu istiqamətdə özünü etibarlı tərəfdaş kimi tanıdıb və inteqrasiya proseslərində qazandığı nüfuz ölkənin müxtəlif beynəlxalq formatlarda iştirakına müsbət təsir göstərir. Azərbaycan diplomatiyasının əsas məqsədlərindən biri həm regionda, həm Avrasiya məkanında, həm də qlobal səviyyədə təhlükəsizlik və sabitliyin əməkdaşlıq yolu ilə gücləndirilməsidir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın münasibətləri sağlam və fundamental prinsiplər üzərində qurulub. Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət edilir, ölkəmizə bərabərhüquqlu tərəfdaş kimi yanaşılır. Bu da Azərbaycan üçün əsas və vacib məqamlardan biridir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər
Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ
Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur
Sentyabrda hava necə olacaq? - 39 dərəcə istilik və yağış xəbərdarlığı
Bakının bu hissəsində su olmayacaq
Dünyanın ən dərin metro stansiyası
650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMA
Sentyabrın ilk günü leysan olacaq
İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO
58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
Bakının bir hissəsində İŞIQ OLMAYACAQ
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı