Dünyanın ən dərin metro stansiyası
platformalar artıq adi görünür. Lakin dünyada elə metro stansiyaları var ki, onların mühəndislik göstəriciləri hətta təcrübəli səyyahları belə təəccübləndirə bilər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Çuntsin şəhərində yerləşən "Hongyancun" metro stansiyası yerin 116 metr dərinliyində yerləşir. Bu, təxminən 40 mərtəbəli binanın hündürlüyünə bərabərdir.
"Hongyancun" stansiyası 25 yanvar 2022-ci ildə istifadəyə verilib. Bundan əvvəl dünyanın ən dərin metro stansiyası hesab edilən Kiyevin "Arsenalna" stansiyası 105,5 metr dərinlikdə yerləşirdi. 1960-cı ildə açılan stansiya bu rekordu yarım əsrdən artıq qoruyub saxlamışdı. Çindəki yeni stansiya isə bu göstəricini təxminən 11 metr üstələyib.
Burada sərnişinlərin platformaya çatması üçün bir neçə eskalatordan istifadə etməsi tələb olunur və bütün yol təxminən 10 dəqiqə çəkir. Bunun əsas səbəbi Çuntsinin coğrafi mövqeyidir. Şəhər dağlıq ərazidə yerləşir və burada yüksəklik fərqləri olduqca böyükdür. Metro xətlərinin tikintisi zamanı mühəndislər tunelləri yalnız yerin altında deyil, həm də təpələrin və qayalıqların içindən keçirməli olurlar. Sıx şəhər tikintisi də layihələri daha mürəkkəb edir.
Bu səbəbdən Çuntsində dərin metro stansiyalarının tikilməsi sadəcə memarlıq seçimi deyil, coğrafi şəraitdən irəli gələn zərurətdir. Maraqlıdır ki, Çuntsində təkcə dünyanın ən dərin stansiyalarından biri deyil, həm də yer səviyyəsindən xeyli yüksəkdə yerləşən metro stansiyası var. "Hualongqiao" stansiyasının yer səviyyəsindən təxminən 48 metr yüksəklikdə yerləşdiyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3216 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən varlı 10 insanı açıqlandı
İlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, "Forbes"in sentyabrın 1-də, saat 00:00-a ola
3 sentyabrPayızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film
Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir
7 sentyabrQışda Avropada hara getmək olar? - Ən yaxşı 13 istiqamət
Qışa hələ bir neçə ay qalsa da, təcrübəli səyahətçilər xüsusilə bayram dövrü üçün səfər hazırlığına indidən başlayırlar. xəbər verir ki, "Lonely Planet" ekspertləri qarşıdakı qış mövsümündə Avropada ziyarət üçün ən yaxşı istiqamətlərin siyahısını açıqlayıblar. Ekspertlərin sözlərinə görə, qı
3 sentyabrAyfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Əpl şirkətinin yeni nəsil Ayfon-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən bildirir ki, Ayfon-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB - 6 499 AZN. 512 GB - 6 99 AZN. 1 TB - 7 499 AZN. 2 TB - 8 99 AZN. Ayfon 18 Pro modelləri isə bu qiymətə satışa çıxarılacaq:
5 sentyabrBu tapmacanın cavabını çoxları tapa bilmir - Son rəqəm nə olmalıdır?
Sosial şəbəkələrdə yayılan riyazi tapmaca istifadəçilərin diqqətini çəkib. Tapşırıqda adi toplama əməliyyatından fərqli nəticələr verilir və sonuncu misalın cavabını tapmaq tələb olunur. xəbər verir ki, tapmacada aşağıdakı misallar göstərilib:. 8 + 2 = 16106. 5 + 4 = 2091. 9 + 6 = 54153. 7 + 5 = ?. İl
6 sentyabrYuxuda ilan görmək əslində nə deməkdir? - 10 fərqli yozum
Eyni yuxu tamamilə fərqli mənalar verə bilər. Burada əsas məqam ilanın necə davrandığı və yuxu zamanı hansı hissləri keçirdiyinizdir. bu 10 fərqli məqamı təqdim edir:. Yuxuda ilan görmək insanı narahat edə bilən görüntülərdən biridir. Ancaq bunu dərhal pis əlamət kimi qəbul etmək düzgün deyil. Müxtəli
6 sentyabr