"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA

"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA"Müasir beynəlxalq münasibətlər sistemi sürətli transformasiya mərhələsindən keçir və bu prosesdə Avrasiya məkanının siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Belə bir şəraitdə Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmaqla yanaşı, çoxtərəfli əməkdaşlıq platformalarında iştirakını da ardıcıl şəkildə genişləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin inkişafı bu siyasətin mühüm istiqamətlərindən biridir", - bunları Sonxeber.az -a danışan Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov deyib:

"Azərbaycan ŞƏT məkanında yerləşən bir sıra ölkələrlə artıq yüksəksəviyyəli ikitərəfli münasibətlər formalaşdırıb. ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycan üçün tamamilə yeni istiqamət deyil, mövcud və inkişaf edən ikitərəfli əlaqələrin çoxtərəfli platformada davam etdirilməsi baxımından əlavə imkan yaradan mühüm istiqamətdir. Son illərdə Azərbaycanla ŞƏT arasında münasibətlərin səviyyəsinin yüksəlməsi də qarşılıqlı marağın artdığını göstərir. Prezident İlham Əliyevin müxtəlif illərdə təşkilatın sammitlərinə dəvət olunması və yüksəksəviyyəli görüşlərdə iştirakı Azərbaycanın ŞƏT məkanında siyasi çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan-ŞƏT əməkdaşlığının perspektivlərini müəyyənləşdirən əsas istiqamətlərdən biri nəqliyyat və kommunikasiyalardır. Azərbaycanın Avrasiyanın şərqi ilə qərbini, eyni zamanda şimalı ilə cənubunu əlaqələndirən mühüm coğrafi mövqeyə malik olduğunu bildirən siyasi şərhçi qeyd edib ki, qlobal ticarətdə təhlükəsiz, qısa və alternativ marşrutlara tələbatın artması fonunda ölkəmizin tranzit imkanlarının əhəmiyyəti daha aydın görünür. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, eləcə də transregional nəqliyyat bağlantılarının inkişafı Azərbaycanla ŞƏT dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşib. Bu baxımdan Azərbaycan ŞƏT ölkələri üçün Xəzər dənizi üzərindən Cənubi Qafqaza və daha geniş coğrafiyaya çıxışı təmin edən mühüm bağlantı məkanı rolunu oynayır. Azərbaycanın inkişaf etdirdiyi nəqliyyat infrastrukturu ölkənin bu imkanlarını yalnız coğrafi üstünlük olaraq deyil, praktiki iqtisadi və logistika potensialı kimi reallaşdırmağa imkan verir.
Azərbaycan-ŞƏT gündəliyi yalnız tranzit və iqtisadi maraqlarla məhdudlaşmır. Regional təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlığa qarşı fəaliyyət, energetika, telekommunikasiya, kənd təsərrüfatı, ticarət və sərmayələr kimi geniş istiqamətlər əməkdaşlığın praktiki məzmununu formalaşdırır. Mədəniyyət, təhsil, elm, turizm, multikulturalizm və sivilizasiyalararası dialoq sahələrinin də bu gündəliyə daxil olması Azərbaycan-ŞƏT münasibətlərinin yalnız siyasi və iqtisadi xarakter daşımadığını, kompleks əməkdaşlıq modelinə əsaslandığını göstərir. Hazırkı mərhələdə ŞƏT-lə əməkdaşlığın digər mühüm tərəfi dəyişən beynəlxalq münasibətlər sistemi ilə bağlıdır. Bişkekdə keçirilən "ŞƏT+" görüşü üçün müəyyənləşdirilmiş mövzunun BMT-nin ədalətli dünya nizamındakı rolu və "ŞƏT+" dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi ilə bağlı olması təşkilat daxilində gedən müzakirələrin artıq daha geniş qlobal məsələləri əhatə etdiyini göstərir.
Azərbaycan müxtəlif beynəlxalq və regional platformalarda fəal iştirak edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, dəyişən dünya nizamında milli maraqlar qorunmaqla yanaşı, qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında yeni tərəfdaşlıq imkanları formalaşdırılmalıdır. Bu baxımdan ŞƏT platforması Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə müxtəlif beynəlxalq platformalarda artan fəallığı ölkəmizin dəyişən dünya düzənində öz milli maraqlarına əsaslanan siyasət yürüdərək qlobal və regional proseslərdə fəal iştirak edən dövlət mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
Azərbaycanın ŞƏT ilə münasibətlərinin inkişafı da bu siyasətin məntiqi davamıdır. Ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı, enerji və nəqliyyat imkanları, eləcə də müxtəlif regional platformalar arasında əlaqələndirici rol oynamaq qabiliyyəti Azərbaycanı böyük Avrasiya məkanında mühüm tərəfdaşa çevirir. Qarşılıqlı maraqlar əsasında bu əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, həm də Avrasiya məkanında daha sıx iqtisadi və siyasi bağlantıların formalaşmasına töhfə verə bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 161   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bişkek platforması ölkəmizin xarici siyasət çevikliyinin qorunmasına şərait yaradır" - AÇIQLAMA

"XXI əsrin Avrasiya siyasətində dövlətin çəkisi artıq yalnız ərazisinin böyüklüyü və təbii sərvətlərinin həcmi ilə ölçülmür. Limanlarını, dəmir yollarını, enerji xətlərini və siyasi əlaqələrini vahid şəbəkəyə çevirərək, böyük bazarları birləşdirən ölkələr strateji üstünlük qazanır. Prezident İlha

1 sentyabr
.

"Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi mövqeləri güclənir" - AÇIQLAMA

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti Avrasiyanın diplomatik xəritəsində mühüm mərhələyə çevrilərək, Azərbaycanın regiondakı geostrateji mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Təşkilatın 25 illiyinə həsr olunmuş bu mötəbər forumda Prezident İlham Əliyevin iştirak

1 sentyabr
.

Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti Avrasiyanın gələcək siyasi və iqtisadi arxitekturası baxımından mühüm mərhələ sayıla bilər. Təşkilat təhlükəsizlik dialoqu formatından nəqliyyat, energetika, ticarət, rəqəmsal transformasiya və sənaye əməkdaşlığını əhatə edə

1 sentyabr
.

ŞƏT platforması Bakı üçün əhəmiyyətli platformaya çevrilir - DEPUTAT

"Avqustun 31-də Bişkekdə bir neçə mühüm beynəlxalq və regional tədbirin eyni gündə keçirilməsi Azərbaycan diplomatiyası baxımından geniş imkanlar yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubileyinə həsr olunan sammit, Qırğızıstanın müstəqilliyinin 35 illiyi və VI Dünya Köçəri Oyunlarını

1 sentyabr
.

"Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biri ŞƏT ilə tərəfdaşlığın genişlənməsidir" - AÇIQLAMA

Beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı müasir dövrdə çoxqütblü dünya nizamına keçid və qlobal idarəetmə institutlarının rolu aparıcı diplomatik platformaların ana müzakirə mövzusuna çevrilib. Bu xüsusda, Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilmiş tərəfdaşlıq formatı olan "ŞƏT+"

1 sentyabr
.

Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir arada - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə bir araya gəliblər. xəbər verir ki, dövlət başçıları birgə foto çəkdiriblər. Görüş zamanı liderlər arasında səmimi söhbə

31 avqust
.

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliy

1 sentyabr
.

ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır - DEPUTAT

"ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır. Odur ki, yalnız Şərq ölkələri deyil, əslində bütün Avrasiya ölkələri ŞƏT ilə münasibətlər qurmaq və əməkdaşlıq etməyə səy göstərirlər". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib. "Qloba

1 sentyabr
.

Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir

Sentyabrın 1-də Qırğızıstanın Qırğızıstanın paytaxti Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. "ŞƏT-i

1 sentyabr