ŞƏT platforması Bakı üçün əhəmiyyətli platformaya çevrilir - DEPUTAT
"Avqustun 31-də Bişkekdə bir neçə mühüm beynəlxalq və regional tədbirin eyni gündə keçirilməsi Azərbaycan diplomatiyası baxımından geniş imkanlar yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubileyinə həsr olunan sammit, Qırğızıstanın müstəqilliyinin 35 illiyi və VI Dünya Köçəri Oyunlarının açılışı çərçivəsində Prezident İlham Əliyev müxtəlif ölkələrin liderləri ilə çoxsaylı təmaslar qurub".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
O, bildirib ki, İlham Əliyevin son bir ay ərzində Qırğızıstana ikinci dəfə səfər etməsi də diqqət çəkir:
"İyulun 30-31-də baş tutmuş dövlət səfərində Azərbaycan və Qırğızıstan arasında Müttəfiqlik Münasibətləri haqqında müqavilə imzalanmışdı. Qısa müddət ərzində qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin intensivləşməsi iki ölkənin əlaqələrinin artıq yalnız dostluq münasibətləri ilə məhdudlaşmadığını, daha konkret və institusional mərhələyə keçdiyini göstərir. Bişkekdəki görüşlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş xüsusi maraq doğurub. Danışıqlar zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanması məsələləri ön plana çıxıb. Bu görüş həmçinin Azərbaycan-Ermənistan dialoqunun davam etdiyini göstərən siyasi təmas kimi qiymətləndirilir. ŞƏT sammitinin yaratdığı çoxtərəfli mühit isə tərəflərin birbaşa ünsiyyəti üçün əlavə imkan yaradıb".
Deputat bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə aparılan müzakirələrdə iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafının davam etdirilməsi ön plana çıxıb:
"İran Prezidenti Məsud Pezeşkianla görüş isə regional təhlükəsizlik və mövcud gərginlik baxımından əhəmiyyətli olub. Bakı bu görüşdə də sülh və dialoqa üstünlük verdiyini ifadə edib. Tehranla əlaqələrin və açıq diplomatik kanalın qorunması sərhəd təhlükəsizliyi və nəqliyyat layihələri baxımından Azərbaycanın maraqlarına uyğundur. Görüş zamanı İlham Əliyevin Azərbaycan mineral suyunu Pezeşkiana təqdim etməsi və İran prezidentinin sudan içməsi də diqqətçəkən simvolik məqam olub. Dünya Köçəri Oyunlarının açılışı öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkianla baş tutan qeyri-rəsmi təmas da səfərin mühüm epizodlarından biri olub. Rəsmi protokoldan kənar bu görüş region dövlətləri arasında müxtəlif əməkdaşlıq formatlarının paralel şəkildə inkişaf etdiyini göstərir. Köçəri Oyunlarının ŞƏT sammiti ilə eyni vaxtda keçirilməsi də siyasi və mədəni əlaqələrin bir arada inkişaf etdirilməsi baxımından xüsusi məna daşıyır".
Onun sözlərinə görə, Bişkekdə yalnız rəsmi görüşlər deyil, kuluar təmasları da diqqət çəkib:
"Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şəhbaz Şəriflə qısa söhbətlər aparıblar. Bu təmaslar arasında Putinlə görüş xüsusilə diqqət çəkib. Bakı ilə Moskva arasında son dövrdə müşahidə olunan gərginlik fonunda iki liderin açıq və sərbəst şəkildə ünsiyyətdə olması münasibətlərin normallaşması istiqamətində mesaj kimi qəbul edilə bilər. Quterreşlə təmas Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini davam etdirdiyini, Rahmon və Şəriflə söhbətlər isə Mərkəzi və Cənubi Asiya istiqamətində əlaqələrin genişləndiyini göstərir. Bişkek görüşlərinin ümumi mənzərəsində Azərbaycanın xarici siyasətinin bir neçə əsas istiqaməti görünür. Ermənistanla sülh gündəliyinin davam etdirilməsi, İranla münasibətlərdə dialoqun saxlanılması, Qazaxıstan və Qırğızıstanla müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi, Türk dünyası ölkələri ilə siyasi və mədəni əməkdaşlığın genişləndirilməsi əsas xəttlər kimi diqqət çəkir.
Naqif Həmzəyev qeyd edib ki, bir gün ərzində müxtəlif formatlarda bu qədər çoxsaylı təmasların keçirilməsi Azərbaycanın Mərkəzi Asiya siyasətinin sistemli xarakter aldığını göstərir. ŞƏT platforması da Bakı üçün artıq yalnız iqtisadi əməkdaşlıq məkanı deyil, regional təhlükəsizlik, siyasi dialoq və müxtəlif dövlətlərlə diplomatik əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli platformaya çevrilir.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər
Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ
Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur
Sentyabrda hava necə olacaq? - 39 dərəcə istilik və yağış xəbərdarlığı
Bakının bu hissəsində su olmayacaq
Dünyanın ən dərin metro stansiyası
650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMA
Sentyabrın ilk günü leysan olacaq
İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO
58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
Bakının bir hissəsində İŞIQ OLMAYACAQ
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı