"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMA

"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMAAzərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.
2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 25 illik inkişaf yolunu geridə qoyub. Dörddəbir əsr ərzində reqional təhlükəsizlik blokundan çıxaraq Avrasiya materikinin ən böyük transmilli siyasi-iqtisadi platformasına çevrilən təşkilat müasir çoxqütblü dünya nizamının əsas sütunlarından biridir.
Hazırda ŞƏT üzv ölkələri dünya əhalisinin təxminən 40%-dən çoxunu və qlobal ÜDM-in dörddə birindən çoxunu təşkil edir. ŞƏT-in analoji hərbi-siyasi bloklardan əsas fərqi onun "Şanxay Ruhu" adlandırılan prinsiplərə söykənməsidir. Bir-birinin daxili işlərinə qarışmamaq və suverenliyə hörmət, konsensus əsasında qərar qəbulu ideologiyası müxtəlif siyasi sistemlərə, fərqli iqtisadi modellərə və hətta öz aralarında ərazi-sərhəd ziddiyyətləri olan ölkələrə (məsələn, Hindistan və Pakistan, Çin və Hindistan) eyni masa arxasında əməkdaşlıq etmək imkanı verir. 25 illik mərhələdə ŞƏT üçün növbəti onilliyin prioritetləri - milli valyutalarda hesablaşmalar, ABŞ dollarından asılılığı azaltmaq çün üzv ölkələr arasında ticarətin yerli valyutalara keçirilməsi və vahid maliyyə platformasının (ŞƏT İnkişaf Bankı) formalaşdırılması, nəqliyyat dəhlizləri, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının, xüsusən Orta Dəhliz və Çin-Mərkəzi Asiya-Avropa logistik şəbəkəsinin tam inteqrasiyası, dünyanın ən böyük enerji istehsalçıları ilə ən böyük istehlakçılarını birləşdirən "ŞƏT Enerji Klubu"nun mexanizmlərinin effektivləşdirilməsi, iqlim dəyişikliyi ilə birgə mübarizə, kənd təsərrüfatı texnologiyalarının mübadiləsi və rəqəmsal ticarət qaydalarının unifikasiyası kimi strateji istiqamətlərlə müəyyən olunur.
Azərbaycan ŞƏT ilə əlaqələrə xüsusi önəm verir. 2015-ci ildən təşkilatın "Dialoq Tərəfdaşı" statusuna malik olan Azərbaycan özünün strateji coğrafi mövqeyi ilə ŞƏT-in nəqliyyat-logistika xəritəsində qovşaq rolunu oynayır. Azərbaycan Mərkəzi Asiya ölkələrinin və Çinin Avropa bazarlarına çıxışı üçün etibarlı Orta Dəhliz xəttini təmin edir. Bakı-Tbilisi-Qars və Ələt Limanı kimi infrastrukturlar ŞƏT üzvü olan dövlətlərin yükdaşımalarında bu açar rola malikdir. Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasəti təşkilatın əsas prinsipləri ilə tam üst-üstə düşür.
25 illik tarixi inkişaf yolu göstərir ki, Şanxay Əməkdaşlıq Təşkilatı sırf regional təhlükəsizlik qurumundan çıxaraq qlobal siyasətdə və iqtisadiyyatda mühüm çəkisi olan, Avrasiya məkanında sabitliyin və iqtisadi tərəqqinin təminatçısına çevrilmişdir. Qərb mərkəzli institutların krizis yaşadığı bir dövrdə ŞƏT-in təklif etdiyi çoxqütblü və konsensusa əsaslanan model gələcəkdə dünya siyasətinin istiqamətini müəyyənləşdirən əsas güclərdən biri olaraq qalacaqdır.
Azərbaycan ŞƏT-in iki əsas güc mərkəzini (Çin və Rusiya) və Mərkəzi Asiya dövlətlərini Avropa və Yaxın Şərqlə bağlayan ən etibarlı tranzit qovşağıdır. Orta Dəhliz (Şərq-Qərb) və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt) və Bakı-Tbilisi-Qars dəmir yolu ŞƏT üzv ölkələrinin yükdaşımalarında strateji rol oynayır.
ŞƏT-in zəngin karbohidrogen resurslarına malik ölkələri (Rusiya, İran, Qazaxıstan) və iri istehlakçıları (Çin, Hindistan) fonunda Azərbaycan regional enerji balansının təminatçısı kimi çıxış edir. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, "yaşıl enerji" keçidi sahəsində də tərəfdaşlıq genişlənir.
ŞƏT-in əsas prinsipi olan "üç şər qüvvə"yə (terrorizm, separatizm, ekstremizm) qarşı mübarizə Bakının milli təhlükəsizlik prioritetləri ilə tam üst-üstə düşür. Azərbaycan təşkilatın Regional Anti-Terror Qurumu (RATS) və digər təhlükəsizlik platformaları ilə məlumat mübadiləsi aparır.
Prezident İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Rəsmi mənbələrin verdiyi məlumata görə, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar. Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
Beləliklə, Azərbaycan artıq yalnız regional təşəbbüslərin iştirakçısı deyil, yeni dünya düzənində mövqeyi nəzərə alınan və qlobal sabitliyə töhfə verən orta miqyaslı güc mərkəzinə çevrilib.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 348   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞƏT platforması Bakı üçün əhəmiyyətli platformaya çevrilir - DEPUTAT

"Avqustun 31-də Bişkekdə bir neçə mühüm beynəlxalq və regional tədbirin eyni gündə keçirilməsi Azərbaycan diplomatiyası baxımından geniş imkanlar yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubileyinə həsr olunan sammit, Qırğızıstanın müstəqilliyinin 35 illiyi və VI Dünya Köçəri Oyunlarını

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Vladimir Putin ilə söhbət etdi - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə ayaqüstü söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə səmimi söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

Prezident: "Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı"

"Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib. Dövlətimizin başçıs

1 sentyabr
.

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar

Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmı

31 avqust
.

"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA

"Müasir beynəlxalq münasibətlər sistemi sürətli transformasiya mərhələsindən keçir və bu prosesdə Avrasiya məkanının siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Belə bir şəraitdə Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmaqla yanaşı, çoxtərəfli əməkdaşlı

1 sentyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək"

"Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "ŞƏT plyus" formatınd

1 sentyabr
.

"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA

"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirən Bişkek sammiti

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti Avrasiyanın dəyişən geoiqtisadi xəritəsi baxımından mühüm hadisədir. Təşkilatın 25 illik yubileyinə təsadüf edən Zirvə Görüşü yalnız təhlükəsizlik və siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. ŞƏT məkanında iqtisadi əlaqələrin, nəqliyyat-logistik

1 sentyabr