Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr

Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələrÖzünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb.

Milli.Az xəbər verir ki, "YourTango"nun yazdığına görə, özünü ətrafındakı insanlardan daha ağıllı hesab edən şəxslər istifadə etdikləri bəzi ifadələrlə yaxın münasibətlərinə zərər verə bilərlər. Bu insanlar söhbət zamanı qarşı tərəfin fikirlərini kiçiltmək, onları dəyərsiz hiss etdirmək və özlərini üstün mövqeyə qoymaq tendensiyasına malik olurlar. Sözügedən davranışların arxasında yalnız məlumatlı olmaq deyil, qarşı tərəfə üstünlük qurmaq istəyi də dayana bilir. Empatiya qurmaq əvəzinə haqlı çıxmağa köklənən bu şəxslərin işlətdiyi bəzi ifadələr isə diqqət çəkir:

"Bunu sənə daha sadə şəkildə izah edim"
Kömək etmək məqsədi daşıyırmış kimi görünsə də, bu ifadə qarşı tərəfin mövzunu başa düşməkdə çətinlik çəkdiyi və ya kifayət qədər məlumatlı olmadığı mesajını verə bilər. Kinayəli və ya yuxarıdabanlı tonda deyildikdə insanın özünü dəyərsiz hiss etməsinə yol aça bilər.

"Sən başa düşmürsən də"
Qarşı tərəfin düşüncəsini anlamaga çalışmaq əvəzinə birbaşa yetərsiz olduğunu söyləmək ünsiyyəti zədələyən yanaşma kimi önə çıxır. Fərqli bir baxış bucağını müzakirə etmək əvəzinə, insanın anlama qabiliyyətini hədəf alan bu söz özgüvənə də mənfi təsir edə bilər.

"Bunu başa düşməzdiniz"
Bu ifadə qarşı tərəfin müəyyən bir mövzunu qavraya biləcək potensiala sahib olmadığını ehtiva edir. Beləliklə, danışan şəxs özünü məlumatlı, qarşısındakı insanı isə yetərsiz tərəf olaraq mövqeləndirir.

"Tamamilə texniki baxımdan yanaşsaq..."
Texniki məlumat vermək təkbaşına problem deyil. Lakin bu ifadə qarşı tərəfin dediklərini önəmsizləşdirmək üçün istifadə edildikdə aşağılayıcı təsir yarada bilər. Söhbəti məlumat mübadiləsindən çıxarıb üstünlük yarışına çevirə bilər.

"Bunu daha dərindən düşünməliyik"
Bu cümlə qarşı tərəfin düşüncələrinin kifayət qədər əhatəli olmadığını ehtiva etmək üçün istifadə oluna bilər. Özünü daha ətraflı düşünən tərəf hesab edən şəxs bununla qarşı tərəfin baxış bucağını birbaşa kiçiltmiş olur.

"Bunu sənə demək məcburiyyətində qalan şəxs olmaq həqiqətən istəmirəm"
Söyləyəcəyi şeyin qarşı tərəf üçün narahatedici olduğunu vurğulayan bu ifadə eyni zamanda danışan şəxsə üstün mövqe qazandıra bilər. Qarşısındakı insanın davranışını anlamaga çalışmaq əvəzinə onu mühakimə edən bir tavr ortaya çıxa bilər.

"Üzr istəyirəm, amma..."
Bəzi insanlar qırıcı sözlərini bu ifadə ilə yumşaltmağa çalışırlar. Lakin davamında gələn cümlələr çox vaxt qarşı tərəfi incidir. Xüsusilə davranışlarını "dürüstlük" bəhanəsi ilə müdafiə edən şəxslərdə bu qəlib tez-tez istifadə olunur.

"Bu, sadəcə sağlam düşüncə məsələsidir"
Bir mövzunu bilməməyi və ya fərqli düşünməyi birbaşa sağlam düşüncə əskikliyi kimi qiymətləndirmək qarşı tərəfin zəkasını və mühakimə qabiliyyətini sorğulayan bir tavra çevrilə bilər. Buna görə də ifadə sadə bir izahatdan çox aşağılama kimi qəbul oluna bilər.

"Sənə bir neçə məsləhət verim"
Qarşı tərəfin məsləhət istəmədiyi hallarda istifadə edilən bu ifadə ünsiyyəti asanlıqla gərginləşdirə bilər. Danışan şəxsin özünü daha təcrübəli və ya məlumatlı görməsi, məsləhətin qarşı tərəfdə təzyiq hissi yaratmasına səbəb ola bilər.

"Əslində..."
Təkbaşına sıradan bir söz olan "əslində" işlədildiyi tondan asılı olaraq olduqca fərqli məna qazana bilər. Qarşı tərəfin dediklərinin səhv olduğunu vurğulamaq məqsədilə istifadə edildikdə, söhbəti düzəltmə səyindən çox üstünlük qurmaq cəhdi kimi qəbul edilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2595   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr