Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
Vərəsəlik zamanı söhbət yalnız mərhumun əmlakının bölüşdürülməsindən getmir.
Bəzən mirasla yanaşı, mərhumun banka, fiziki şəxslərə və ya digər şəxslərə olan borcları da vərəsələrin qarşısına çıxır.
Bəs miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı?
Mövzu ilə bağlı hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Miras qoyan şəxsin borcları olduqda, həmin borclar müəyyən şərtlərlə vərəsələrə keçə bilər. Lakin vərəsə mərhumun borclarına görə öz şəxsi əmlakı hesabına limitsiz şəkildə cavabdeh olmur. Ümumi qaydaya görə, vərəsələrin məsuliyyəti qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır.
Məsələn, mərhumun 30 min manatlıq əmlakı və 50 min manat borcu varsa, vərəsənin məsuliyyəti, bir qayda olaraq, ona keçən mirasın dəyəri həddində olur. Yəni vərəsə özünün əvvəldən sahib olduğu əmlak hesabına əlavə 20 min manat ödəməli deyil.
Burada mühüm məsələ vərəsənin mirası qəbul edib-etməməsidir. Mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən müddətlər və prosedurlar nəzərdə tutulur. Buna görə də vərəsəlik məsələsi yaranan zaman yalnız əmlakın deyil, mərhumun kredit, borc və digər öhdəliklərinin də olub-olmadığını araşdırmaq vacibdir.
Eyni zamanda, bir neçə vərəsə olduqda borcların hansı qaydada bölüşdürülməsi də onların mirasdakı payları və qəbul etdikləri mirasın dəyəri nəzərə alınmaqla müəyyən edilir.
Ona görə də "mərhumun borcu varsa, bütün borc avtomatik olaraq övladlarının üzərinə düşür" yanaşması doğru deyil. Hər bir konkret halda mirasın tərkibi, borcun məbləği, vərəsələrin mirası qəbul edib-etməməsi və digər hüquqi hallar ayrıca qiymətləndirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 489 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Zaur Rzayevdən xəbər var
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılıb. Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib. Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsin
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabrAzərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabr"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
13 sentyabr"Bilik günü"nün havası açıqlandı
Azərbaycanda sentyabrın 15-də havanın 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şər
14 sentyabrAZAL-ın alt qurumunda yeni təyinat
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. xəbər verir ki, o, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək. Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O
14 sentyabrBeş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara
14 sentyabr