Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA
Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan sosial meyarların daha obyektiv müəyyənləşdirilməsi və ailələrin faktiki maddi imkanlarının nəzərə alınması məsələsi müzakirə olunur.
Bəs, təhsil kreditləri üzrə sosial meyarlar müəyyən edilərkən ailənin yalnız rəsmi gəlirinin deyil, real maddi vəziyyətinin də nəzərə alınması tələbələrin bu imkanlardan yararlanmasına necə təsir göstərə bilər və bu meyarların daha ədalətli müəyyənləşdirilməsi üçün hansı yanaşma tətbiq olunmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ son günlər parlamentdə də geniş müzakirə olunub və bəzi deputatlar mövzu ilə bağlı öz mövqelərini bildiriblər.
"Hesab edirəm ki, bu, vacib məsələdir. Meyarlar müəyyən edilərkən real gəlirlərin nəzərə alınması məsələsi var. Mən də hesab edirəm ki, yalnız rəsmi gəlir deyil, şəxsin real maddi vəziyyəti də nəzərə alınmalıdır. Nəzərə almalıyıq ki, bu kreditlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu, çox vacib və önəmli məsələdir. Həmin qayğının insanlar tərəfindən daha yaxşı hiss olunması üçün əlavə addımların atılmasına ehtiyac var".
Deputat bildirib ki, bu məqamları nəzərə alaraq, bu istiqamətdə əlavə addımların atılmasını nəzərdən keçirməli və prosesə töhfə verməliyik:
"Çünki bu, vətəndaşlarımız üçün bir imkan və şansdır. Həmin imkanlardan daha çox insanın yararlanması üçün bu məsələlərin daha əlçatan olması və daha yaxşı həll olunması istiqamətində addımlar atılmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 331 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Zaur Rzayevdən xəbər var
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılıb. Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib. Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsin
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabrAzərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabr"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
13 sentyabr"Bilik günü"nün havası açıqlandı
Azərbaycanda sentyabrın 15-də havanın 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şər
14 sentyabrAZAL-ın alt qurumunda yeni təyinat
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. xəbər verir ki, o, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək. Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O
14 sentyabrBeş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara
14 sentyabr