Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"
"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, üç il əvvəl Qarabağ münaqişəsinin sonuncu fəsli bağlanıb, bundan sonra Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub.
Hacıyev qeyd edib ki, bu ilin avqust ayında Azərbaycan və Ermənistan arasında sülh sazişinin və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasının birinci ildönümü qeyd olunub.
"Azərbaycan üçün münaqişə başa çatıb. Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik", - prezidentin köməkçisi vurğulayıb.
Hacıyev həmçinin qeyd edib ki, sülh təkcə qarşıdurmanın olmaması deyil, həm də etimadın möhkəmləndirilməsi, bərpa və quruculuq demək olmalıdır.
O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü konstruktiv ab-havada keçib. H.Hacıyev qeyd edib ki, tərəflər sülh gündəliyinin irəli aparılması, etimadın möhkəmləndirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin və nəqliyyat bağlantısının inkişafı üçün ikitərəfli qarşılıqlı fəaliyyəti davam etdirməklə bağlı razılığa gəliblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 67 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident San Marinonun regent kapitanlarına məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız
3 sentyabrPrezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanı
1 sentyabrVladimir Putin İlham Əliyevə zəng edib
Sentyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərin
7 sentyabrAzərbaycan və Vyetnam külək və günəş enerjisi layihələrini müzakirə edib
Azərbaycan və Vyetnamın "ROX Energy Global" şirkəti arasında külək və günəş enerjisi layihələri müzakirə edilib. Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov "ROX Energy Global" şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə görüşünd
9 sentyabr18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib. İsveçin SVT telekanalına istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyy
7 sentyabrİlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmu
2 sentyabr