Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib

Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib"Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Qırğızıstana səfəri ölkəmizin həm Mərkəzi Asiyada, həm də qlobal müstəvidə artan rolunun göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Cənubi Qafqazda mühüm mövqeyə malik olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da əhəmiyyətli rol oynayır və son illərdə diplomatik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib".

Bunu Sonxeber.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

O, bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, xüsusilə Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesində əldə olunan irəliləyişlər ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib"

"Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Azərbaycan Prezidentinin bir sıra ölkələrin liderləri ilə görüşləri də diqqət çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və digər dövlət rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini göstərir. Eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında yeni geosiyasi və geoiqtisadi reallıq formalaşır. Mərkəzi Asiya dövlətlərinin resurslarının və məhsullarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması istiqamətində mühüm imkanlar yaranıb. Bu prosesdə Azərbaycanın nəqliyyat və logistika infrastrukturu xüsusi rol oynayır".

Politoloq bildirib ki, bu baxımdan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır:

"Limanın yükötürmə imkanlarının artırılması, eləcə də Xəzər dənizində Azərbaycan və Özbəkistanın birgə gəmiçilik imkanlarının inkişaf etdirilməsi Mərkəzi Asiya ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının daha da güclənməsinə xidmət edir. Bütün bunlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə daha sıx inteqrasiyasına şərait yaradır. Nəticədə Azərbaycan regionlararası ticarət və nəqliyyat marşrutlarında mühüm bağlantı mərkəzinə çevrilir. Bu isə ölkəmizin beynəlxalq mövqeyinin və iqtisadi imkanlarının daha da güclənməsinə səbəb olur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı və sülh prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub".

Onun sözlərinə görə, bu görüşün beynəlxalq mediada geniş diqqət çəkməsi də Azərbaycan və Ermənistan arasında sülh prosesinin regional və qlobal əhəmiyyətini göstərir:

"Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə də müsbət təsir göstərir. Ümumilikdə, Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət ölkənin həm Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafına, həm də dünya siyasətində rolunun artmasına şərait yaradıb. Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının genişlənməsi gələcəkdə həm ölkəmiz, həm də region dövlətləri üçün mühüm iqtisadi imkanlar vəd edir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 372   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞƏT platforması Bakı üçün əhəmiyyətli platformaya çevrilir - DEPUTAT

"Avqustun 31-də Bişkekdə bir neçə mühüm beynəlxalq və regional tədbirin eyni gündə keçirilməsi Azərbaycan diplomatiyası baxımından geniş imkanlar yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubileyinə həsr olunan sammit, Qırğızıstanın müstəqilliyinin 35 illiyi və VI Dünya Köçəri Oyunlarını

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Vladimir Putin ilə söhbət etdi - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə ayaqüstü söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə səmimi söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

Prezident: "Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı"

"Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib. Dövlətimizin başçıs

1 sentyabr
.

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar

Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmı

31 avqust
.

"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA

"Müasir beynəlxalq münasibətlər sistemi sürətli transformasiya mərhələsindən keçir və bu prosesdə Avrasiya məkanının siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Belə bir şəraitdə Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmaqla yanaşı, çoxtərəfli əməkdaşlı

1 sentyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək"

"Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "ŞƏT plyus" formatınd

1 sentyabr
.

"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA

"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirən Bişkek sammiti

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti Avrasiyanın dəyişən geoiqtisadi xəritəsi baxımından mühüm hadisədir. Təşkilatın 25 illik yubileyinə təsadüf edən Zirvə Görüşü yalnız təhlükəsizlik və siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. ŞƏT məkanında iqtisadi əlaqələrin, nəqliyyat-logistik

1 sentyabr