Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.

Bildirilib ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin "ASAN xidmət"in "Süni İntellekt Assistent" layihəsi barədə məlumat verdi.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

"ASAN xidmət"in "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

"Süni İntellekt Assistent" platforması "ASAN xidmət"in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

"SABAH.city" innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı "kovorkinq" (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. "SABAH.city" bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edibPrezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 201   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"

10 sentyabr
.

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni

11 sentyabr
.

Çağdaş Azərbaycan reallığının dünyaya nümayişi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Bu məkanlarda şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu prosesi

15 sentyabr
.

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliye

15 sentyabr
.

"Hikmət Hacıyevin Xankəndi səfərinin ayrıca siyasi çəkisi var" - AÇIQLAMA

"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərləri fonunda yanaşmaq daha doğru olar. Çünki burada söhbət yalnız ayrı-ayrı səfərlərdən deyil, Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxal

11 sentyabr
.

Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullaye

14 sentyabr
.

Ermənistanın ifşası və tarixi reallıqlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri beynəlxalq birliyin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanımasının növbəti əyani sübutudur. Lakin bu səfərlərin Ermənistan cəmiyyətində v

15 sentyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. "Qafqazinfo" "Akşam" qəzetinə istinadən xəbər verir ki, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq. Bildirilib ki, türkiyəli nazir Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla, eləcə də müdafiə naziri Zaki

14 sentyabr
.

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncama əsasən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmi

10 sentyabr