Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA

Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMAMarketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanın ön hissəsindəki məlumatlara deyil, onun tərkibinə və qida dəyərinə də diqqət yetirmək vacibdir.

Bəs, meyvə şirəsi alarkən "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələrə nə dərəcədə güvənmək olar və istehlakçı məhsul seçərkən əsasən hansı göstəricilərə - tərkibinə, qida dəyərinə, marka və ya qiymətinə diqqət etməlidir?
Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, "qatqısız", "şəkərsiz", "100 faiz təbii" kimi ifadələrin hər biri müştərini cəlb etmək üçün hesablanmış sözlərdir. Çünki bu ifadələr məhsulun üzərində iri hərflərlə yazılır və müştərinin diqqətini ilk növbədə həmin sözlər cəlb edir.

"Halbuki məhsulun arxa və yan hissələrində onun tərkibi, konsentratı, meyvə püresi, hansı yaşdan istifadə oluna biləcəyi və istehsal prosesindən keçmə qaydaları barədə məlumatlar qeyd olunur. Bu məlumatlar bir neçə dildə, o cümlədən rus, ingilis, Azərbaycan və türk dillərində yazılır, lakin çox xırda hərflərlə qeyd edilir. Xüsusilə yaşlı nəslin nümayəndələri bu yazıları oxumaqda çətinlik çəkə bilərlər. Bu, marketinq və ticarət baxımından müştərinin diqqətini cəlb etməyə hesablanmış bir yanaşmadır. Reklam xarakterli ifadələr iri hərflərlə yazıldığı halda, məhsulun tərkibi çox xırda hərflərlə göstərilir. Ona görə də müştəri bu cür ifadələrə kor-koranə inanmamalıdır. Məsələn, məhsulun üzərində "şəkərsiz" yazıla bilər, amma tərkibində müxtəlif şəkər qatqıları ola bilər. Bu da insanlarda sağlamlıqla bağlı müəyyən fəsadlara səbəb ola bilər".

Ekspert bildirib ki, "100 faiz təbii" ifadəsinin yazılması da məhsulun birbaşa bağdan yığılmış meyvədən hazırlanması demək deyil:

"Meyvə şirələrinin tərkibində meyvə konsentratı ola bilər və məhsul emal prosesindən keçdikdən sonra qablaşdırılaraq satışa çıxarılır. Əsas məsələ markaya deyil, məhsulun tərkibinə və etiket üzərindəki məlumatlara diqqət yetirməkdir. Məhsulun tərkibi və markalanması ilə bağlı məlumatlar etiketdə öz əksini tapmalıdır. Ən böyük problemlərdən biri istehlakçının "təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələri avtomatik olaraq sağlam məhsul kimi qəbul etməsidir. Bu, düzgün yanaşma deyil. Məhsulun üzərində nə qədər böyük və diqqətçəkən ifadələr yazılırsa yazılsın, tərkibi haqqında məlumatlar da diqqətlə oxunmalıdır. İstehlakçı məhsulu almazdan əvvəl onun tərkibinin nə olduğunu bilməlidir".

Onun sözlərinə görə, meyvənin özünü yemək şirə içməkdən daha üstün seçimdir:

"Çünki bütöv meyvədə liflər qorunur və bu, toxluq hissinin formalaşmasına kömək edir. Şirədə isə əlavə şəkər olmasa belə, meyvənin təbii şəkərinin daha konsentrasiyalı formada qəbul edilməsinə səbəb ola bilər. Digər tərəfdən, bahalı məhsul avtomatik olaraq keyfiyyətli məhsul demək deyil. Bəzən insanlar məşhur firmaların məhsullarını avtomatik olaraq sağlam məhsul kimi qəbul edirlər. Bu isə düzgün yanaşma deyil. İlk növbədə məhsulun brendinə və nüfuzuna deyil, tərkib siyahısına diqqət yetirmək, oradakı məlumatlarla tanış olduqdan sonra məhsuldan istifadə etmək lazımdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 381   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti Zaur Rzayevdən xəbər var

Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılıb. Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib. Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsin

14 sentyabr
.

Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA

Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat

14 sentyabr
.

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənard

14 sentyabr
.

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"

14 sentyabr
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13 sentyabr
.

"Bilik günü"nün havası açıqlandı

Azərbaycanda sentyabrın 15-də havanın 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şər

14 sentyabr
.

AZAL-ın alt qurumunda yeni təyinat

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. xəbər verir ki, o, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək. Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O

14 sentyabr
.

28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir

Bakının "28 May" metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır

14 sentyabr
.

Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO

Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara

14 sentyabr