Qarabağ və Şərqi Zəngəzura qayıdış intensivləşir

Qarabağ və Şərqi Zəngəzura qayıdış intensivləşirQarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gördüyü işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər diplomatların regionda aparılan bərpa prosesini, yaradılan yeni infrastrukturu və "Böyük Qayıdış" proqramının icrasını yerində görməsinə imkan yaradır.
Bu günə qədər Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura 20-dən çox səfəri təşkil olunub. Diplomatların hər səfər zamanı regionda baş verən dəyişiklikləri öz gözləri ilə görməsi və qiymətləndirməsi Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinin dünyaya çatdırılması baxımından olduqca önəmlidir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda "Böyük Qayıdış" proqramı uğurla həyata keçirilir. 2022-ci ildən başlayan davam edən proqramın birinci mərhələsi artıq başa çatmaq üzrədir. Bu il "Böyük Qayıdış" proqramının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur və proses 2040-cı ilə qədər davam edəcək. Böyük Qayıdış"ın uğurla həyata keçirilməsi üçün ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və vətəndaşların ləyaqətli şəkildə geri qayıtması üçün lazımi şəraitin yaradılması vacib idi. Söhbət yalnız insanların fiziki olaraq öz torpaqlarına qayıtmasından getmir. Əsas məqsəd vətəndaşların doğma yurdlarına ləyaqətli, təhlükəsiz və normal yaşayış imkanları ilə dönməsidir. "Böyük Qayıdış" proqramının birinci mərhələsində əsas resurslar dağıdılmış şəhərlərin, qəsəbələrin və kəndlərin yollarının bərpasına, tunellərin, körpülərin və digər mühüm infrastruktur obyektlərinin inşasına yönəldilib. Artıq proqramın ikinci mərhələsində vətəndaşların azad edilmiş ərazilərə qayıdışı daha da intensivləşəcək.
Azərbaycan 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayırıb. Bu göstərici dövlətin azad edilmiş ərazilərin bərpasına və dirçəldilməsinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan bu işi öz gücü və resursları hesabına həyata keçirir. Bu, Azərbaycanın iqtisadi imkanlarını, siyasi iradəsini və qarşıya qoyduğu məqsədlərə sadiqliyini göstərir.
Müharibədən sonra darmadağın edilmiş Avropa şəhərləri və ölkələri yalnız öz imkanları hesabına bərpa olunmayıb. ABŞ-nin "Marşall planı" çərçivəsində 16 Avropa ölkəsinə təxminən 15 milyard ABŞ dolları ayrılıb. Bu məbləğin bugünkü ekvivalentinin 160 milyard dollara yaxın olduğu bildirilir. "Marşall planı" olmasaydı, indiki Avropanın və Avropa şəhərlərinin bu səviyyəyə gəlib çatması mümkün olmazdı. Azərbaycan isə bütün çətinliklərə və çağırışlara baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurun bərpasını təkbaşına həyata keçirir.
Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin inkişaf istiqamətləri bir-birindən ayrı deyil, kompleks və vahid sistem çərçivəsində nəzərdən keçirilir. Şuşada mədəniyyət və humanitar fəaliyyət, Xankəndidə urbanistik inkişaf və məşğulluq, Ağdamda sənaye, Zəngilan, Füzuli və Cəbrayılda kənd təsərrüfatı, digər ərazilərdə isə alternativ enerji və nəqliyyat layihələri prioritet təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq prosesi mədəniyyətdən və humanitar fəaliyyətdən tutmuş kənd təsərrüfatına, sənayeyə, alternativ enerji mənbələrinə, nəqliyyat-kommunikasiya infrastrukturuna və insanların təhlükəsiz şəkildə qayıdaraq yaşamasına qədər bütün istiqamətləri əhatə edir. Heç bir məsələ digərindən ayrı nəzərdən keçirilmir. Bütün proses vahid inkişaf strategiyası əsasında həyata keçirilir. 2026-2040-cı illərdə "Böyük Qayıdış" proqramının növbəti mərhələlərinin icrası nəticəsində Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın və dünyanın əsas inkişaf etmiş regionlarından birinə çevrilə bilər.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 160   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşələrin Qarabağ ilə Şərqi Zəngəzura növbəti iki günlük səfəri başa çatıb. Azad edilmiş ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, sosial-iqtisadi inkişa

15 sentyabr
.

Ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən səfərlər

Vətən müharibəsində qazandığımız tarixi Zəfər, xalqımızın nümayiş etdirdiyi qəhrəmanlıq və birlik, sözün əsl mənasında, bütün dünyanı heyrətə saldı. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna əks-hücumla bağlı verdiyi əmr xalqımız tərəfindən böyük sevinclə qarşılandı

15 sentyabr
.

Nazir Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya göstəricilərini AÇIQLADI

"Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur". xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:. "Həmçinin, 108 il əvvə

15 sentyabr
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

14 sentyabr
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-c

14 sentyabr
.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video

Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün

13 sentyabr
.

"Hikmət Hacıyevin Xankəndi səfərinin ayrıca siyasi çəkisi var" - AÇIQLAMA

"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərləri fonunda yanaşmaq daha doğru olar. Çünki burada söhbət yalnız ayrı-ayrı səfərlərdən deyil, Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxal

11 sentyabr
.

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni

11 sentyabr
.

Çağdaş Azərbaycan reallığının dünyaya nümayişi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Bu məkanlarda şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu prosesi

15 sentyabr