Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi GünüHər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqının müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmamış, daim yeni güc və enerji ilə nəsildən-nəsilə ötürülmüşdür.
Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Bu baxımdan, 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən biridir. 20 sentyabr 2025-ci il tarixində isə ölkəmiz bu günü ilk dəfə rəsmi olaraq qeyd edir.
Suverenlik dövlətin əsas atributu hesab edilir. Beynəlxalq hüquq normalarına görə, suveren dövlət - ərazisi müəyyən olunmuş, daimi əhalisi olan, ali hakimiyyətə malik və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qura bilən müstəqil siyasi qurum deməkdir.
Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən də, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər Azərbaycan xalqının iradəsini sınağa çəkdi. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdi.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqlarını işğaldan azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi.
II Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlət suverenliyini daha da gücləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il 23 aprel tarixində Azərbaycan hökuməti mühüm addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu.
Artıq Ermənistanın silah və sursat daşıması, separatçı rejimlə qanunsuz əlaqələri tamamilə dayandırıldı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyunca dövlət nəzarəti təmin olundu. Bu hadisə dövlətimizin heç bir güllə atmadan əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi tarixə düşdü.
Azərbaycan Ordusu 2023-cü ilin 19 sentyabrında Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qondarma qurum özünü buraxdığını elan etdi.
Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ oldu.
2024-cü il 19 sentyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başladı. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin kulminasiyasıdır. 2025-ci ildə Azərbaycan xalqı ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platformadır.
Azərbaycanın müasir tarixi dövlət suverenliyi uğrunda aparılan mübarizə ilə sıx bağlıdır. Xalqımızın müstəqillik arzusu və azadlıq ideyası bütün sınaqlardan daha güclü çıxmışdır. 30 ildən artıq davam edən işğal, müharibələr, soyqırımlar və məhrumiyyətlər nə qədər ağır olsa da, Azərbaycan xalqı öz dövlətini qorumağı, onu daha da gücləndirməyi bacarmışdır.
20 sentyabr - Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür. Bu günün qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir.
Bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür, xalqımız isə azad və müstəqil gələcəyini öz əlləri ilə qurur. Dövlət Suverenliyi Günü bu həqiqətlərin rəsmi təsdiqi, xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 193   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri ikitərəfli əhəmiyyət daşıyan bir addımdır

"Azad olunmuş ərazilərimizdə görülən işlərin beynəlxalq nümayəndəliklərə təqdimatı artıq yaxşı bir ənənəyə çevrilib. Qarabağda görülən işlərin həm ölkə ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə təqdim olunması müsbət nəticələr verir. Xüsusilə beynəlxalq nümayəndəliklərin, diplomatik korpusun təmsilçilərini

14 sentyabr
.

Ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən səfərlər

Vətən müharibəsində qazandığımız tarixi Zəfər, xalqımızın nümayiş etdirdiyi qəhrəmanlıq və birlik, sözün əsl mənasında, bütün dünyanı heyrətə saldı. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna əks-hücumla bağlı verdiyi əmr xalqımız tərəfindən böyük sevinclə qarşılandı

15 sentyabr
.

Belə səfərlər Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə töhfə verir - AÇIQLAMA

"Azərbaycanın Qarabağ bölgəsinə, xüsusilə Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər ərazilərə səfərlərin mümkün olması və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfər etməsi iki mühüm məna daşıyır". Bunu -a açıqlamasında politoloq Samir Hümbətov deyib

11 sentyabr
.

Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər. xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nazirlər iki dövlət başçısının rəhbərliyi və təşəbbüs

15 sentyabr
.

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:

11 sentyabr
.

Prezident Qaradağda açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior

10 sentyabr
.

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan

6 sentyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. "Qafqazinfo" "Akşam" qəzetinə istinadən xəbər verir ki, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq. Bildirilib ki, türkiyəli nazir Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla, eləcə də müdafiə naziri Zaki

14 sentyabr
.

Azərbaycan və Vyetnam külək və günəş enerjisi layihələrini müzakirə edib

Azərbaycan və Vyetnamın "ROX Energy Global" şirkəti arasında külək və günəş enerjisi layihələri müzakirə edilib. Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov "ROX Energy Global" şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə görüşünd

9 sentyabr