Prezident Qaradağda açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabriora Group" MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.
Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.
"Fabriora Group" MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.
Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.















Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 150 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilat
1 sentyabrPrezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin növbəti Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpotek
7 sentyabrPrezident bu ölkələrə yeni səfirlər təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı
4 sentyabrHəkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs
2 sentyabrAzərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımında
1 sentyabr"Bişkek sammiti: Azərbaycanın fəal diplomatiyasının növbəti ünvanı" - DEPUTAT
"İlham Əliyevin ŞƏT Zirvə toplantısında iştirakı ölkəmiz üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun daha bir göstəricis
2 sentyabr