Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTO

Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTOAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər iki dövlət başçısının rəhbərliyi və təşəbbüsü ilə formalaşan, həmçinin Şuşa Bəyannaməsində öz əksini tapan strateji müttəfiqlik münasibətlərinə dair bütün məsələləri nəzərdən keçiriblər.

Müzakirələr zamanı siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, sərmayə qoyuluşu, enerji, nəqliyyat-logistika, müdafiə və təhlükəsizlik, humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar daxilində fəaliyyətin əlaqələndirilməsi kimi istiqamətlərə toxunulub.

XİN başçıları institusional mexanizmlərin, o cümlədən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətini xüsusi vurğulayıblar.

Tərəflər həmçinin BMT, Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq, eləcə də regional qurumlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Regional təhlükəsizliyin təmin edilməsində, iqtisadi tərəqqidə və qarşılıqlı əlaqələrin gücləndirilməsində üçtərəfli və dördtərəfli formatların, xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə və Azərbaycan-Özbəkistan-Türkiyə platformalarının rolu qeyd edilib.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində son bir il ərzində əldə olunan irəliləyişlər, habelə dayanıqlı sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı istiqamətində atılan praktiki addımlar müzakirə mövzusu olub.
Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTOAzərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTO12:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfər edən türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-in sosial şəbəkəsindəki paylaşımda diqqətə çatdırılır ki, sözügedən səfər Türkiyə və Azərbaycan arasında mövcud olan güclü strateji tərəfdaşlığı, müttəfiqlik əlaqələrini və qardaşlıq münasibətlərini özündə əks etdirir.

Səfər çərçivəsində XİN-də nazirlər arasında təkbətək görüş baş tutub.
Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTOAzərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTOAzərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTOAzərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 67   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ramiz Mehdiyev işi"ndə yeni adlar: Şahid qismində kimlər dindirilib?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub. Gününsesi.info-ya istinadla xəbər verir ki, ötən gün Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barəd

15 sentyabr
.

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərdi

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Emoməli Şərifoviç,. Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımda

9 sentyabr
.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin növbəti Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpotek

7 sentyabr
.

Hikmət Hacıyev: "Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb. "Report"a istinadən xəbər veri

11 sentyabr
.

Azərbaycan və Bolqarıstan hərbi əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və Bolqarıstan hərbi əməkdaşlığın inkişafını müzakirə edib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, "Hərbi qulluqçuların mədən

7 sentyabr
.

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edildi - SƏRƏNCAM

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub

7 sentyabr
.

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"

10 sentyabr
.

Başqasının uğuruna sevinə bilməmək paxıllıqdan qaynaqlanır, yoxsa insanın özünü dəyərsiz hiss etməsindən? - AÇIQLAMA

İnsan bəzən başqasının uğurunu gördükdə sevinc əvəzinə içində narahatlıq, qıcıq və ya narazılıq hiss edə bilər. Xüsusilə də qarşı tərəfin əldə etdiyi nəticə insanın öz həyatı ilə bağlı çatışmazlıqları xatırladırsa, bu hiss daha da güclənir. Bəs başqasının uğuruna sevinə bilməmək həmişə paxıllıqdan qaynaqlanır

9 sentyabr
.

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncama əsasən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmi

10 sentyabr