Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb.
Ümumiyyətlə, rəqəmlər son illərdə davamlı azalma tendensiyasını göstərir. 2024-cü ildə ölkədə 14 900, 2023-cü ildə 20 000, 2021-ci ildə isə 23 400 baş eşşək olub. 2016-cı ildə isə bu rəqəm 35 800 baş təşkil edib.

Belə kəskin azalmanın səbəbləri maraq doğurur. Eşşəklər əvvəlki illərdə kənd təsərrüfatında, xüsusilə dağlıq və kənd ərazilərində yükdaşıma vasitəsi kimi daha geniş istifadə olunurdu. Texnikanın və avtomobillərin kənd təsərrüfatına daha çox daxil olması bu heyvanlara olan tələbatı azalda bilər. Digər tərəfdən, heyvanların kəsilərək ətinin bazara çıxarılması, təsərrüfatlarda saxlanma xərclərinin artması, xəstəliklər və ya statistik uçotla bağlı dəyişikliklər də mümkün səbəblər sırasında ola bilər.

Cəmi bir il ərzində eşşəklərin sayının 2 400 baş, yəni təxminən 19 faiz azalmasını iqtisadi baxımdan necə izah etmək olar? Eşşək ətinin digər heyvan ətləri ilə qarışdırılaraq satılması riski varmı? Və yaxud, səbəb tələbatın aşağı düşməsi, yoxsa onların saxlanmasının bahalaşması ola bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı əti yeyilməyən heyvanların sayının azalmasının bir sıra obyektiv səbəblərlə bağlı olduğunu bildirib:"İribuynuzlu və xırdabuynuzlu heyvanlarla yanaşı, əti yeyilməyən heyvanların sayının azalmasının da bir sıra təbii və əsaslı səbəbləri var.
Bu səbəblərdən biri son illərdə və xüsusilə son onilliklərdə kənd təsərrüfatında mexanikləşmənin genişlənməsidir. Fermer təsərrüfatları tədricən xırda təsərrüfatlardan daha iri və intensiv təsərrüfatlara, böyük aqroparklara çevrilir. Nəticədə əkinçilikdə, daşınmada və digər təsərrüfat işlərində mexaniki nəqliyyat vasitələrindən daha geniş istifadə olunur. Bu isə at, eşşək və digər bu qəbildən olan heyvanlara olan tələbatı azaldır. Başqa sözlə, təsərrüfatlarda bu heyvanlardan istifadənin azalması onların sayına da birbaşa təsir göstərir. Çünki bir çox hallarda mexaniki vasitələrdən istifadə daha səmərəli və iqtisadi baxımdan daha əlverişlidir".

Xalid Kərimli ikinci mühüm səbəb kimi urbanizasiya prosesini göstərib: "Məlumdur ki, regionlardan şəhərlərə axın davam edir, kənd təsərrüfatının strukturu dəyişir və kənd yerlərində yaşayan insanların bir qismi şəhərlərə köçür. Nəticədə kənd təsərrüfatında at və eşşək kimi heyvanlardan istifadə ehtiyacı da azalır. Bu heyvanların saxlanması isə müəyyən xərc tələb edir. Əgər onlardan istifadə zərurəti azalırsa, onları saxlamaq üçün iqtisadi motivasiya da zəifləyir".

İqtisadçının fikrincə, ət sənayesi üzərində ciddi nəzarətin olması və baytarlıq-sanitariya normalarının tətbiqi də nəzərə alınmalıdır: "Həm heyvanların kəsimi, həm də ətin bazara çıxarılması müəyyən qaydalar çərçivəsində həyata keçirilir. Bu səbəbdən bu heyvanların ətindən kütləvi şəkildə istifadə olunması real görünmür.
Nəhayət, burada əhalinin sosial-mədəni xüsusiyyətləri də rol oynayır. İnsanlar ümumilikdə at, eşşək və digər əti yeyilməyən heyvanların ətini qida kimi qəbul etmirlər. Ona görə də onların sayının azalmasını bu heyvanların kəsilərək ət kimi istifadə olunması ilə izah etmək doğru ehtimal deyil".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 530   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mourinyo "Real"da sərt qaydalar tətbiq edib

İspaniyanın "Real" klubunun baş məşqçisi Joze Mourinyo Madrid təmsilçisində gecikməyə görə cəza sistemini dəyişib. xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb. Portuqaliyalı mütəxəssis intizam pozuntularına görə pul cərimələrini ləğv edib. Hazırlıq prosesinə gecikə

2 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ

6 sentyabr
.

Çempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu

UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir

10 sentyabr
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

9 sentyabr
.

Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs

"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə

7 sentyabr
.

İmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATI

Bir vaxtlar "Flamenqo"nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbo

6 sentyabr
.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr