Dostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsi

Dostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsiAzərbaycan-Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qorunan qarşılıqlı hörmət təşkil edir. Bu gün Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi, qarşılıqlı etimadı mühüm rol oynayır. Liderlər arasında formalaşan səmimi münasibətlər Azərbaycan-Özbəkistan qardaşlığını yeni inkişaf mərhələsinə yüksəldib.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyi olan UzA-ya müsahibəsində də vurğuladığı kimi Azərbaycan və Özbəkistan arasında siyasi dialoq yüksək səviyyədədir. Son illərdə keçirilən qarşılıqlı səfərlər və intensiv təmaslar münasibətlərin inkişafına ciddi impuls verib.
Dövlətimizin başçısı müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini qeyd etməklə yanaşı iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinə də toxundu, qarşıda duran əsas istiqamətləri diqqətə çatdırdı.
Prezident İlham Əliyev müsahibəsində Şavkat Mirziyoyevlə münasibətlərinin Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynadığını və iki lider arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın dövlətlərarası əlaqələrin yüksək səviyyəyə yüksəlməsinə mühüm təsir göstərdiyini qeyd etdi. Bunun nəticəsi olaraq ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir. Son beş ildə ən yüksək səviyyədə keçirilən 15 qarşılıqlı səfər Azərbaycan-Özbəkistan münasibətlərinin dinamik inkişafının mühüm göstəricilərindəndir.
Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasətin nəticəsi olaraq Özbəkistanın son illərdə bütün sahələrdə sürətli inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev əlaqələrin xronikasına toxunaraq söylədi ki, qarşılıqlı dövlət səfərləri zamanı imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb. Dövlətimizin başçısı 2023-cü ilin avqustunda təsis edilən Ali Dövlətlərarası Şuranın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm platformaya çevrildiyini, bunun da Azərbaycan-Özbəkistan əməkdaşlığının iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət kimi geniş sahələri əhatə etdiyini bildirdi. Ölkələrimiz arasında iqtisadi əlaqələrdən danışan Prezident İlham Əliyev ticarət dövriyyəsinin son illərdə sürətlə artdığını və 2025-ci ildə Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatığını, 2026-cı ilin ilk beş ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artım qeydə alındığını diqqətə çatdırdı.
Prezident Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin, Hökumətlərarası Komissiyanın fəaliyyətini, energetika, yaşıl enerji, sənaye və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsini xüsusi qeyd etdi. Sirr deyil ki, Füzulidə salınan "Dostluq bağı", avtomobil istehsalı layihələri və qarşılıqlı investisiyalar Azərbaycan-Özbəkistan müttəfiqliyinin mühüm iqtisadi dayaqlarını formalaşdırır.
Türk dünyasının və qlobal arenanın liderlərindən olan Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan Mərkəzi Asiya və dünya ölkələri ilə dostluqdan müttəfiqliyə uzanan şərəfli yol keçib. Azərbaycanın yüksələn müttəfiqlik xətti xarici siyasətimizin yeni mərhələsini və beynəlxalq əlaqələrdə artan nüfuzumuzu əks etdirir. Prezidentin müsahibəsində bu həqiqət bir daha aydın şəkildə göründü.

Pedaqogika üzrə fəlsəfə doktoru Gülər Baxışova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 150   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özbəkistan-Azərbaycan əməkdaşlığı Mərkəzi Asiya-Qafqaz əməkdaşlığı gündəmini dəyişdirmək gücündədir

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında artıq müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və yeni əməkdaşlıq istiqamətləri Azərbaycan-Özbəkista

24 avqust
.

Dostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsi

Azərbaycan-Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qoruna

24 avqust
.

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə "Oxunguzar" incəsənət məkanında olublar. AZƏRTAC-a istinadla xəbə

23 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - AÇIQLAMA

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlə

24 avqust
.

"Azərbaycan Özbəkistan əlaqələri daha geniş müstəvidə inkişaf edir" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü vəziyyətinə dair qiymətləndirmə deyil. Müsahibədə səsləndirilən fikirlər daha geniş siyasi və geosiyasi proseslərə, Cənubi Qafqazla Mərkəzi Asiy

24 avqust
.

Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. "Qafqazinfo" xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək. Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir. *. Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. *

24 avqust
.

"Azərbaycanla Özbəkistan arasında formalaşan münasibətlər daha geniş məna daşıyır" - AÇIQLAMA

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam ik

24 avqust
.

Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq

Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən, ən böyük dövlətlərindən biri olan Özbəkistanla Azərbaycanın əlaqələri sürətlə inkişaf edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu kimi məqamlara toxunub. Sözügedən müsahibədə dövlətimizin başçısı bildiri

24 avqust
.

İlham Əliyev: "Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub"

"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub". AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçıs

23 avqust