TƏBİB-in əməkdaşı evdə bıçaqlandı, vəziyyəti ağırdır - Yenilənib
Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo" xəbər verir ki, bu haqda TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.
"Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.
Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.
Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə o bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək", - o qeyd edib.
*
Cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
*
APA-nın məlumatına görə, L. Qanbayeva xəstəxanaya 11 bıçaq yarası ilə daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 934 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13 oktyabrAzərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabr"Roşka" ləqəbli tiktokerə hökm oxundu
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano
13 oktyabrSabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
12 oktyabrSabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz
12 oktyabr