50 min il əvvəl Ayda insanlar yaşaya bilərdimi?

50 min il əvvəl Ayda insanlar yaşaya bilərdimi?İnsanlığın Ay səthinə qayıdış hazırlıqları sürərkən, bəzi mütəxəssislər bu missiyaların təkcə elmi nailiyyət deyil, həm də tarixi sirlərin üzə çıxmasına səbəb ola biləcəyini bildirirlər.

Qaynarinfo xəbər verir ki, amerikalı geoloq və yazıçı Qreq Breyden bir podkast yayımında Ay səthində qədim sivilizasiyalara aid tikililərin mövcud olduğunu və bu məlumatların uzun illər gizli saxlanıldığını iddia edib.

Breydenin fikrincə, Soyuq müharibə dövründə ABŞ və Rusiya bu tapıntıları ictimaiyyətdən gizlədib. Lakin indi vəziyyət dəyişir: Çin və Hindistan kimi yüksələn kosmik güclər gələcək Ay missiyalarını canlı yayımlarla ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Çinin "Chang’e 7" missiyası 2026-cı ildə, Hindistanın "Chandrayaan-4" adlı pilotsuz aparatı isə 2028-ci ildə buraxılacaq. Hər iki ölkə bu uçuşları kosmik agentliklərinin tətbiqləri, televiziya və sosial media vasitəsilə geniş şəkildə yayımlamağı nəzərdə tutur.

Breyden hesab edir ki, bu yayım və müşahidələr nəticəsində illərdir mübahisə mövzusu olan, lakin hələ təsdiqlənməmiş iddialara aydınlıq gətirilə bilər. Onun sözlərinə görə, Ay səthində üzərində yazılar olan və insanlar tərəfindən inşa edilmiş strukturlar tapılacaq.

"Ayda bir vaxtlar insanlar var idi"

Qreq Breyden bu fikirləri ilk dəfə səsləndirmir. O, daha əvvəl nəşr etdirdiyi kitablarında da Ayda 50 min il əvvəl mövcud olmuş, yüksək texnologiyaya malik qədim bir sivilizasiyanın izlərindən bəhs edib. Onun iddiasına görə, bu sivilizasiya Yer planetindən ayrılmış, kosmik səyahət qabiliyyətinə çatmış, lakin özünü məhv etmiş bir mədəniyyətin qalıqlarından ibarətdir.

Breyden NASA-nın 1990-cı illərdə həyata keçirdiyi "Clementine" missiyası zamanı əldə edilən bəzi görüntülərdə bu cür geometrik və düz bucaqlı tikililərin əks olunduğunu, onların təbiətdə öz-özünə yarana bilməyəcəyini irəli sürür. O, bu obyektləri Marsdakı "Cydonia" bölgəsində yerləşən və "Mars üzərindəki üz" kimi tanınan formasiya ilə, eləcə də Marsda olduğu iddia edilən piramida şəkilli strukturlarla müqayisə edir.

NASA nə deyir?

NASA bu kimi iddiaları qəti şəkildə rədd edir. Agentlik Ay və Mars səthindəki bu strukturların təbii mənşəli olduğunu və elmi izahının mövcudluğunu bildirir.

Lakin Breyden iddia edir ki, həm ABŞ, həm də Sovet İttifaqının Ay missiyaları zamanı canlı yayım bağlantıları bilərəkdən kəsilib və astronavtlara bəzi müşahidələrini ictimaiyyətlə paylaşmaq qadağan olunub.

"Astronavtlar gördüklərini yalnız səssizcə bölüşdülər"

Breydenin sözlərinə görə, "Apollo" missiyalarında iştirak etmiş bəzi astronavtlar həyatlarının son illərində Ay səthində "antropoloji tikililər və yazılar" gördüklərini dilə gətiriblər. Bu ifadələr rəsmi şəkildə yayımlanmasa da, qapalı dairələrdə danışılan məlumatlar arasında yer alır.

Həmçinin iddialara görə, Nil Armstronq və Baz Oldrin 1969-cu ildəki "Apollo 11" missiyası zamanı Ayın qaranlıq səthində böyük metal konstruksiya və ya "baza" kimi obyektlə qarşılaşıblar. Məhz bu müşahidədən dərhal sonra NASA-nın yayımı kəsdiyi iddia olunur.

İnsan tarixinin alternativ izahı

Qreq Breydenin Ay və Marsla bağlı fərziyyələri, insanın mənşəyi barədə qəbul edilmiş elmi baxışları da sual altına alır. O, insan növünün tarixinin 200–300 min il deyil, bəlkə də 1 milyon il əvvələ qədər uzandığını irəli sürür.

Breyden bu nəzəriyyəsini Çində tapılan və Denisovalılarla əlaqələndirilən qədim kəllə qalıqları və insan xromosomu 2-dəki genetik birləşmə izlərinə əsaslandırır. Onun fikrincə, bu dəyişikliklər təbii təkamül nəticəsində deyil, "şüurlu bir müdaxilə" nəticəsində yaranıb.

Elmi mövqe

Bu kimi fikirlər elmi ictimaiyyət tərəfindən sübuta yetirilməmiş və spekulyativ hesab olunur. Məşhur antropoloq Kris Strinjer və digər mütəxəssislər bildirirlər ki, son illərdə tapılan fosil nümunələri insan təkamülünə yeni baxışlar qazandırsa da, bunlar elmi çərçivə daxilində izah olunur.

Gözlənilən Ay missiyaları təkcə texnoloji nailiyyətlər deyil, həm də uzun illərdir müzakirə olunan bu kimi nəzəriyyələrin yenidən gündəmə gəlməsinə səbəb ola bilər. Qreq Breyden kimi tədqiqatçılar ümid edirlər ki, yeni kəşflər bəşər tarixinin indiyədək gizli qalmış bəzi sirlərini üzə çıxara bilər. Elm dünyası isə bunun yalnız etibarlı sübutlarla təsdiqlənəcəyi halda mümkün olacağını vurğulayır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 865   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd

19 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr