Azərbaycan Türk dünyasının strateji mərkəzi və regional sabitliyinin qarantıdır

Azərbaycan Türk dünyasının strateji mərkəzi və regional sabitliyinin qarantıdırTürk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşünün geosiyasi əhəmiyyəti həm keçirilən məkan, həm də seçilmiş mövzu ilə sıx bağlıdır. Zirvə Görüşünün əsas mövzusu - "Regional sülh və təhlükəsizlik" TDT-nin regionda sabitlik və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji baxışını əks etdirir. Görüşün Qəbələdə, yəni paytaxt Bakıdan kənarda təşkili regional inkişafın və strateji əhəmiyyətə malik ərazilərin önə çəkilməsi baxımından mühüm siyasi mesaj daşıyır. Bu seçim Azərbaycanın yalnız paytaxtla məhdudlaşmayan milli potensialını və bölgələrdə sabitlik siyasətini nümayiş etdirir.
Zirvə Görüşündə Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı TDT-nin Avropa İttifaqı daxilində strateji təsir kanalları yaratmaq niyyətini nümayiş etdirərək, təşkilatın qlobal miqyasda artan ambisiyalarını ön plana çıxarır.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin rolu və gələcək vizyonu barədə mühüm mesajlar verib. Onun çıxışında tədbirin keçirildiyi Qəbələnin tarixi və mədəni önəmi, xüsusilə Qafqaz Albaniyası irsinə istinad son dövrlərdə tarix üzərindən aparılan saxtalaşdırma cəhdlərinə tutarlı cavab olmaqla yanaşı, Türk dünyasının dərin tarixi köklərinə və Azərbaycanın bu mədəni irsdəki mərkəzi roluna diqqət çəkib.
Bakının siyasi mərkəz rolunun tədricən Şuşa, Xankəndi, Naxçıvan, Qəbələ kimi qədim şəhərlərlə paylaşılması dövlətin məqsədyönlü şəkildə regional inkişafa və təhlükəsizliyin bərpasına verdiyi önəmi göstərir. Bu yanaşma postmüharibə dövründə sərhəd bölgələrinin sabitlik və rifah məkanına çevrilməsinin ən parlaq nümunəsi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında dəfələrlə vurğuladı ki, türk dövlətlərinin bir araya gələrək məhz Azərbaycanda Zirvə Görüşü keçirməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu gün TDT, sadəcə, əməkdaşlıq və ya müzakirə platforması deyil, birbaşa mühüm geosiyasi mərkəzə çevrilib. Azərbaycanın təşkilatın institusional əsaslarının möhkəmləndirilməsi üçün maliyyə dəstəyi ayırması da bu fikri təsdiqləyir. Bu, müasir dövrdə dağılmaqda olan qlobal sistem fonunda birləşən və güclənən türk mərkəzinin formalaşdığını göstərir. Analizlər göstərir ki, bu yeni regional gücün qloballaşma modelinin əsas memarı məhz Azərbaycan rəhbərliyidir.
TDT-ni qlobal gücə çevirən amillər artıq bir çox böyük dövlətlər üçün asanlıqla təsir edilə bilməyən strateji sahəyə çevrilib. Bunun əsas səbəbi odur ki, bu gün bir çox ölkədə, o cümlədən regionumuzda daxili iqtisadi və siyasi sabitlik ciddi sınaqlarla üzləşir. Lakin Türk dünyası əməkdaşlıq və qarşılıqlı etimad sayəsində bu çətinlikləri sabitlik və inkişaf yolu ilə uğurla dəf edir.
Macarıstanın Avropadakı mövqeyi ilə Türküstan coğrafiyası arasında yerləşən Azərbaycan, faktiki olaraq Şərq və Qərb sivilizasiyaları arasında unikal əməkdaşlıq dəhlizi rolunu oynayır. Bu mövqe həm Şimal, həm də Cənub sərhədləri istiqamətində baxıldıqda aydın görünür. Məhz buna görə də Azərbaycan böyük güclər arasında toqquşma risklərinin artdığı yeni beynəlxalq nizamda təhlükəsiz əməkdaşlıq axtaran tərəflər üçün ideal körpü və sabitlik mərkəzi kimi ön plana çıxır.
Türk dünyası, eyni zamanda, gənclərin dünyasıdır. Əhalisinin yaş tərkibi onun potensialını və demoqrafik üstünlüyünü açıq şəkildə nümayiş etdirir. Təhlillər göstərir ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi bir milyarda yaxınlaşa bilər, bu da türkləri dünyada böyük potensiala malik edir. Müsbət demoqrafik saldo, yəni gənc və artan əhali TDT üçün qalıcı və gələcəyə yönəlmiş vahid gücün əsas dayağıdır. Bu potensial indiki beynəlxalq şəraitdə ölçüyəgəlməz dərəcədə güclü görünür.
Zirvə Görüşünün əsas şüarı "Regional sülh və təhlükəsizlik"dir. Bu yanaşma ilk dəfə Naxçıvan Sazişi ilə təsdiqlənmiş və bu gün TDT üzvləri üçün həssas geosiyasi bölgələrdə qoruyucu zireh rolunu oynayır. Orta Asiyada, Qafqazda və Avropada qlobal güclərin maraqları həmişə əməkdaşlığa söykənmir. Azərbaycanın yanaşması sayəsində TDT özünü qorumaq və ehtiyac olduqda əməli hərbi gücə çevrilmək istiqamətində böyük addımlar atır. Hazırda qlobal nizam pozulub və onu idarə edən hüquq normaları tapdanır. Bu şəraitdə TDT-nin üzv dövlətləri üçün birlik və ayrılmama prinsipi həyati əhəmiyyət daşıyır.
Enerji təhlükəsizliyi baxımından Azərbaycanın qlobal imici mühüm dəyərlər qazandırır. Ölkəmizin nəql etdiyi karbohidrogen ehtiyatları sayəsində 14 ölkənin energetika müstəqilliyi qorunub, iqtisadi azadlığı təmin edilib, onlara siyasi güc və özünüifadə imkanları verilib. Məhz bu səbəbdən, TDT-nin əsl gücü və qalıcı dayağı Azərbaycandır. Türk dünyası Azərbaycan sayəsində tarixi varlığını gələcəyə daşımağa doğru güclü addımlar atır.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 733   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr